Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi islam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi keçirəcək.
ONN media xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.
Müsahibənin 4-8 sentyabr tarixlərini əhatə edən birinci mərhələsində qadın dini ayinlərin icraçısı, 11-19 sentyabr tarixlərini əhatə edəcək ikinci mərhələsində isə imam və imam müavini vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılacaq.
Qeyd edək ki, 3 may-3 iyun tarixlərində sənəd qəbulu aparılan 19 vakant vəzifəyə (6 qadın dini ayinlərin icraçısı, 3 imam, 10 imam müavini) 113-ü qadın olmaqla, 293 nəfərin müraciəti qeydiyyata alınıb.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müəyyənləşdirdiyi Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil ediləcək.
Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilir. Müsahibə komissiyası hər biri ilahiyyatçı olmaqla 7 nəfər üzvdən ibarətdir.Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha müvafiq vəzifəyə təyin olunacaq.
Xatırladaq ki, “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb.
Bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir.



Azərbaycan məscidlərində bir ilk
Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər
Din xadimi olmaq istəyənlər narkotik yoxlanışından keçiriləcək - YENİ TƏLƏBLƏR
Hacı Şahinin yerinə təyinat olub?- Rəsmi
DİQQƏT- Tarixlər açıqlandı
Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR
Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
Məscidlərdə monitorinqlər aparılır
5 dövlət orqanında 88 yer vakantdır
Qan vermək istəyənlərin NƏZƏRİNƏ
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
Azərbaycanda 24 vakant vəzifə üçün müsahibə elan edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 