Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilərək həbs edilən Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın barəsində olan həbs qərarından verilən şikayətə baxılıb.
ONN media Trend-ə istinadən xəbər verir ki, prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib.
Məhkəmənin qərarı ilə İ.Əliyevanın barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib və o məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.
Təqsirləndirilən şəxslər 16 epizod üzrə yarım milyon manata yaxın dələduzluqda ittiham edilir.
Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanan cinayət işi üzrə A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (saxta sənəd hazırlama və satma), onun bacısı İ.Əliyeva isə 178.2-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hər ikisi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Bələdiyyə sədri və bacısının şok əməlləri üzə çıxdı
Məşhur YAP-çı xanım həbs edildi - NİYƏ?
Jurnalist Mahir Xəttabdan YENİ XƏBƏR VAR
Rafael Cəbrayılovun qardaşı həbs edildi
Anar Əsədli ev dustaqlığına buraxıldı
Generalın polkovnik bacısı oğlu AZADLIQDA
Həbs edilən gömrük generalının şikayəti rədd edildi
Eldar Həsənovdan YENİ XƏBƏR var
SON DƏQİQƏ: Bələdiyyə sədri həbs edildi
Bakıda məhkəmə hakimi həbs edildi - ŞOK SƏBƏB
Daha bir vəzifəli şəxs HƏBS EDİLDİ
Ata Abdullayevlə bağlı qərar verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 