Azərbaycanın Ermənistanın Tavuş və Ararat vilayətlərindəki anklavları Bakının nəzarətinə keçir.
ONN media xəbər verir ki, bunu erməni türkoloq Varujan Qalstyan Brüsseldə keçirilmiş üçtərəfli görüşü şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan “artsax”ın “statusu” uğrunda mübarizə aparmaqdan birdəfəlik imtina etdiyini təsdiqləyib:
“Görüşdən sonra yayımlanan bəyanatda status haqqında heç bir söz yoxdur, yalnız “Qarabağ regionunda etnik erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” qeyd edilir. Ermənistanın “artsax” daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı sülh müqaviləsi hazırlanır. Bu səbəbdən yalnız həmin müqavilə kontekstində Qarabağdakı ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” məsələsi qeyd edilir”.
O, həmçinin tərəflərin “Qərbi Azərbaycan və Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımalara dair prinsiplər” baradə razılığın əldə edilməsinin mahiyyətini açıqlayıb:
“Bu qeyri-müəyyən ifadə faktiki olaraq Ermənistanın Tavuş və Ararat vilayətlərindəki anklavları (Qazax rayonuna aid 7 kənd və Sədərək rayonunun Kərki kəndi) Azərbaycana təhvil verəcəyi anlamına gəlir. Yəni ərazi Azərbaycana təhvil veriləcək və ondan sonra biz oradan xüsusi icazə ilə keçə biləcəyik. Burada Gorus-Qafan yolununu xatırlamaq yerinə düşər”.



XİN rəsmi məlumat yaydı
Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır - Polkovnik
Bakıdan İrəvana tələb- RƏSMİ
XİN Şarl Mişelin bəyanatına münasibət bildirdi
ABŞ-da “müqəddəratı təyinetmə” dəfn olundu – Manukyan
Sülh sazişinin imzalanmasına nə mane olur?
Ermənistan buna görə əziyyət çəkir - Əmirbəyov
Prezidentdən Brüssel görüşü ilə bağlı AÇIQLAMA
Şuşanın atəşə tutulması siyasi prosesdir?
Bakının tələb etdiyi 8 kəndlə bağlı İrəvandan açıqlama
Moskva görüşü Ermənistanı AYAĞA QALDIRDI - Qarabağ müqaviləsinin DETALLARI
Ermənistanın bir hissəsi Azərbaycana veriləcək - ŞOK İDDİA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 