Ermənistanın keçmiş ədliyyə nazirinin müavini, "Legal Way" insan haqları təşkilatının rəhbəri Ruben Melikyan xalqını təcili piket keçirməyə çağırıb. ONN media xəbər verir ki, feysbuk səhifəsindən canlı yayımla çıxış edən Melikyan bu gün saat 12:00-da Azərbaycanla imzalanması planlaşdırılan müqavilə ilə bağlı Ədliyyə Nazirliyindən açıqlama tələb etmək üçün yığışmağı tələb edib. Qeyd edək ki, Ermənistanın bəzi teleqram kanalları baş nazir Nikol Paşinyanın 11 yanvar tarixində Moskvada Dağlıq Qarabağ və ətraf ərazilərinin Azərbaycanın nəzarətinə geri qayıtmasının təmin edilməsi, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirən nəqliyyat dəhlizinin açılması, eləcə də erməni qoşunların Qarabağdan çıxarılmasını ehtiva edən müqavilə imzalanacağı barədə məlumat yayıb. Müqavilə layihəsinin artıq hazır olduğu və məzmununu ölkə konstitusiyasına uyğunlaşdırmaq üçün gizli şəkildə Ədliyyə Nazirliyinə göndərildiyi iddia edilir. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lusin Martirosyan iddiaları təkzib etsə də, Ermənistan ictimaiyyəti buna inanmır. Qeyd edək ki, 11 yanvarda Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
Moskva görüşü Ermənistanı AYAĞA QALDIRDI - Qarabağ müqaviləsinin DETALLARI



İlham Əliyevlə Paşinyan rəsmi müqavilə imzalayacaq - İDDİA
Ermənistanda daha bir nazir qovulacaq
Azərbaycanda nazir müavini işdən çıxarıldı
Naxçıvan dəhlizi ilə bağlı növbəti toplantı - Tarix AÇIQLANDI
Ermənistanın eks baş naziri HƏBS EDİLDİ
İrəvan gizli saziş imzaladı: Zəngəzurla bağlı...
Keçmiş mətbuat katibi xüsusi rütbə aldı
Zelenski 5 min məhkumu niyə azadlığa buraxdı?
İrəvanın sülh danışıqları ilə bağlı həyasız “şərti”
Ermənistanda minlərlə hərbçi ÖLÜMLƏ ÜZ-ÜZƏ
Qarabağ Azərbaycana qaytarılsın - Erməni tarixçi
Naxçıvanda yüksək vəzifəyə yeni təyinat olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 