Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti "Qaraheybət" Təlim Mərkəzində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.
Müdafiə nazirinə məruzə olunub ki, burada müasir döyüş üsullarının praktiki tətbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim sahələri inşa olunub.
Bundan başqa müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün məşğələlər keçirilir.
Müdafiə naziri “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun kursantlarının təlim sahələrində nümunəvi çıxışlarını izləyib.
Əvvəlcə atış şəhərciklərində atəş hazırlığı üzrə normativlərin və təlim atış çalışmalarının praktiki icrası nümayiş etdirilib.
Sonra müdafiə naziri tank atış şəhərciyində olub. Məruzə olunub ki, burada Vətən müharibəsində, eləcə də son dövrlərdə aparılan döyüş əməliyyatlarında öyrənilən təcrübələrə əsaslanaraq tankların yaşayış məntəqələrində effektiv tətbiqi üsulları məşq etdirilir.
Daha sonra mühəndis şəhərciyinə baxış keçirilib.
Qeyd olunub ki, şəhərcikdə hərbi qulluqçulara müxtəlif tipli mina və döyüş sursatları ilə bağlı ətraflı məlumat verilir. Bundan başqa, mühəndis vasitələri ilə mina və partlamamış döyüş sursatlarının aşkar edilməsi, eləcə də onların təhlükəsizlik qaydalarına əməl olunmaqla zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra olunur.
Müdafiə naziri fiziki hazırlıq şəhərciyinin maneələr zolağı (pentatlon) və kəşfiyyat cığırında kursantların məşq prosesini izlədikdən sonra artilleriya batareyasının komanda müşahidə məntəqəsində olub. Burada kursantlar artilleriya simulyatorlarından atış tapşırıqlarını müvəffəqiyətlə yerinə yetiriblər.
Sonda müdafiə naziri mərkəzin ərazisində tikintisi davam edən hərbi obyektlərdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.
General-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, müasir təlim-məşq üsullarının öyrənilməsi və tətbiqi, həmçinin tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.



Zakir Həsənov "Qaraheybət"ə getdi
Zakir Həsənov poliqona getdi, hərbçilərin atış məşğələlərini izlədi
Zakir Həsənov Kəlbəcərə getdi - VİDEO
Müdafiə naziri yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib
Zakir Həsənov açılışda iştirak edib
Zakir Həsənov azad edilən ərazilərə gedib, yeni hərbi hissə istifadəyə verilib
Azərbaycan Hərbi Hava Qüvvələrinin yeni hərbi hissələri istifadəyə verildi
Müdafiə naziri yeni istifadəyə verilən hərbi hissədə
Zakir Həsənov yeni hərbi obyektlərin açılışında
Zakir Həsənov Kəlbəcər və Laçına getdi
Zakir Həsənov cəbhə bölgəsində — FOTO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 