Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il İslamın 5 əsas şərtindən birini yerinə yetirmək üçün azərbaycanlı zəvvarlar 9106 manatından keçməlidirlər.
Amma Həcc ziyarətinə getmək istəyənlər qiymətlərin baha olmasından şikayətlənirlər. Onlar hacı adı almaq və İslamın əsas şərtini yerinə yetirmək üçün bu məbləğin çox olduğunu dilə gətirirlər.
2022-ci il üçün Səudiyyə Ərəbistanından Azərbaycana 680 nəfərlik kvota verilib. Bu da əvvəlki illərlə müqayisədə azdır.
Bir çoxları hesab edir ki, qiymətləri Azərbaycan tərəfini təmsil edən aidiyyəti qurumlar “şişiriblər”.
Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri Publika.az-a bildirdi ki, Həcc qiymətlərinin bahalaşması Səudiyyə Ərəbistanı hökumətinin qərarıdır:
“Məhz onlar bu il qiymətləri çox qaldırıblar. Eyni zamanda əlavə dəyər vergiləri də çox qalxıb, Həcc ziyarətlərinin qiymətlərinin bahalaşmasının əsas səbəbi bununla əlaqədardır. Digər tərəfdən, bahalaşmanın səbəblərindən biri də dünyada baş verən proseslərdir. Yəni bütün dünyada iqtisadi vəziyyət yaxşı deyil. Yəqin ki, Rusiya-Ukrayna müharibəsinin də bu məsələyə təsiri var. Səudiyyə Ərəbistanında da bahalaşma mövcuddur. Qiymətlərin bahalaşmasının əsas səbəblərindən biri də post-pandemiya dövrüdür. Bu dövrdə zəvvarların sayı azdır. Bizim kvotanı az götürməyimizin səbəbi isə vaxt azlığı ilə əlaqədardır. Həcc qiymətlərinə Azərbaycan tərəfinin, daha dəqiq desək, Qafqaz Müsəlmanları İdarəsinin təsir imkanları yoxdur”.
QMİ rəsmisi əlavə etdi ki, qiymətləri Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi təyin edir:
“Onlar öz milli valyutaları olan rialla qiymətləri müəyyənləşdirirlər. Qiymətləri də, zəvvarların yaş məhdudiyyətləri ilə bağlı məsələləri də onlar tənzimləyirlər. Biz də onların qoyduğu qaydalara əməl edirik. Başqa cür mümkün deyil. Bu il bizim üçün ayrılan kvotanın dolmasına ümid edirik. Onu da qeyd edim ki, hələ biz Azərbaycanda qiymətləri minimal olaraq götürürük. Məsələn, əldə etdiyimiz məlumatlara görə, qonşu ölkələrin çoxunda Həcc qiymətləri 6 min dolları ötür. Zəvvarlar özləri də ziyarətə gedəndə bunu biləcəklər. Ziyarətə getdikdən sonra da zəvvarlara Qurban kəsmək, hədiyyə almaq kimi bəzi xərclər üçün əlavə pul vəsaiti lazım olacaq”.



Həccə getmək istəyənlərə xəbər var
Azərbaycandan Həcc ziyarəti üçün qiymət açıqlandı
Həcc ziyarəti üçün müəyyən edilən kvota dolmayıb
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı AÇIQLANDI
Səudiyyə Ərəbistanı Həcc ziyarətinə icazə verdi
Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ
Zəvvarlar Vətənə qayıdır
Həcc ziyarəti üçün ilk uçuş bu tarixdə olacaq
Bu il Həcc ziyarəti ləğv oluna bilər?- AÇIQLAMA
Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlının KİMLİYİ bilindi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 