Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 90 %-i tamamlanıb.
ONN media xəbər verir ki, bu barədə Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupu məlumat yayıb.
Məlumata görə, layihənin II mərhələsi üzrə Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edən 55 km yolun tikintisi işləri sürətlə şəkildə davam etdirilir.
Hazırda Horadiz stansiyasından çıxan işçi qatarlar Mərcanlı, Mahmudlu, Soltanlı və Qumlaq stansiyalarına qədər sərbəst hərəkət edə bilir və tikinti üçün zəruri olan mal-materialın təminatı işini həyata keçirir.
Hazırkı mərhələdə 1 ədəd tunel, 15 ədəd körpü, 7 ədəd yolötürücü, 4 ədəd avtomobil alt keçidi, 161 ədəd suötürücü boru, 70 ədəd ehtiyat keçidinin tikintisi nəzərdə tutulub. Bu mərhələ üzrə torpaq işlərinin 28%-i, suni qurğuların 33%-i, dəmir yolunun üst quruluşu elementlərinin isə 20%-i tamamlanıb.
2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivandan başlayaraq Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.
Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 300-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.
Dəmir yolu xəttinin tikintisi işləri minatəmizləmə prosesinə paralel aparılır və indiyə qədər trassa üzrə 82 km ərazi minalardan təmizlənib.
3-cü mərhələ Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 km-lik ərazini əhatə edir. Hazırda həmin ərazidə minalardan təmizləmə işlərinə hazırlıq görülür.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.



Bərdə-Ağdam dəmir yolunda stansiyaların tikintisinə başlanılıb
Azərbaycanda bir İLK- BU DƏMİR YOLU...
Prezidentlər Qumlaq stansiyasının təməlini qoyublar
Zəngilan və Laçın hava limanlarının tikintisi üçün hazırlıq işləri aparılır
İranla sərhəddin tam nəzarətə götürülməsindən 2 il ötür
Horadiz-Ağbənd avtomobil yolunda aşkarlanan minalar zərərsizləşdirildi
Ərdoğan və Əliyev Cəbrayıla gedib
Azad edilən ərazilərdə yol tikintisi davam edir
Bakı-Quba yolu hansı mərhələdədir?
Kəlbəcər-Laçın yolu yenidən qurulur
Xudafərin- Laçın yolunun tikintisi sürətləndirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 