Mayın 27-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.
Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib.
Qarşılama mərasimindən sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Görüşdə, həmçinin Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsevər, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Həsən Küçükakyüz, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Adnan Özbal, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahid Bağcı və digər rəsmilər iştirak edib.
Qonaqları salamlayan müdafiə naziri Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, gələcəkdə də bu istiqamətdə görülən işlərin daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.
Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən H.Akar 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, “Teknofest Azərbaycan” festivalının Bakıda keçirilməsinin, eləcə də birgə təlimlərin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.
Hər iki ölkə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.



Prezident İlham Əliyev Türkiyənin generallarını qəbul etdi - FOTOLAR
Zakir Həsənov və Hulusi Akar hərbi təlimi izlədi
Türkiyə ordusunun komandanlığı Azərbaycanda
Zakir Həsənov Hulusi Akarla görüşüb
Hulusi Akar sevincini Zakir Həsənovla belə bölüşdü - FOTOLAR
Hulusi Akar Bakıya gəldi
"Qardaş yumruğu" düşməni qorxuya saldı
İlham Əliyev Hulusi Akarı qəbul etdi
Hulusi Akar Kərəm Mustafayevlə görüşdü
Qırıcılar HAVAYA QALXDI: nazir və ordu komandirlərindən KRİTİK UÇUŞ - VİDEO
Zakir Həsənov ordu generalı ilə görüşdü
Hulusi Akar İran sərhədində
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 