Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimindən görüntülər yayıb.
ONN media görütülərdə təlimə qatılan şəxsi heyətin və texnikanın tapşırıqları icra etməsinə dair görüntülər əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gəler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Azərbaycanın yüksək rütbəli zabitləri təlimi izləyib



Türkiyə qırıcıları Azərbaycana gəlir- NƏ BAŞ VERİR?
Azərbaycan və Qazaxıstan xüsusi təyinatlıları birgə təlim keçirəcək
Azərbaycan-Türkiyə təlimi başa çatdı
Zakir Həsənov Hulusi Akarla görüşüb
Zakir Həsənov və Hulusi Akar hərbi təlimi izlədi
Zakir Həsənov Hulusi Akara təşəkkür etdi
Hulusi Akar Bakıya nəyə gəlir?
Azərbaycan və Türkiyə ordusu Laçında BİRGƏ HƏRƏKƏTƏ KEÇDİ
Zakir Həsənov xidməti müşavirə keçirdi
Zakir Həsənov Hulusi Akarla görüşdü
Müdafiə naziri təlim mərkəzinə baş çəkdi - VİDEO
"Ordumuz HAZIRDIR"- Zakir Həsənov
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 