Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda “Aqroservis” ASC tərəfindən təqdim edilən “ağıllı kənd təsərrüfatı” texnikaları ilə tanış olublar.
Görüşdə məlumat verildi ki, “Ağıllı kənd” təsərrüfatı idarəetmə sistemində ən müasir texnoloji yeniliklər tətbiq olunacaq. Belə ki, burada yaradılacaq iqlim stansiyaları bitki xəstəlikləri ilə bağlı erkən xəbərdarlıq əldə etməyə, suvarmanı planlı şəkildə aparmağa və hava məlumatını almağa imkan verəcək. Bundan başqa, burada zərərvericilərin uzaqdan izlənilməsinə və əkin ərazilərinin, araşdırma sahələrinin mövsümi olaraq yüksək keyfiyyətli fotoşəkillərini çəkə bilən sistemlər də quraşdırılacaq.
Həmçinin heç bir sahə məhdudiyyəti olmadan sərbəst hərəkət edən və ərazidə təhlil aparan skaner, əməliyyatları səmərəli şəkildə həyata keçirmək üçün süni intellekt və proqnozlaşdırıcı analizə sahib platforma, məhsulun yetişdirilməsi zamanı ortaya çıxa biləcək problemləri vaxtında aşkarlaya biləcək dron texnologiyaları da yüksək məhsuldarlığın əldə olunmasında mühüm rol oynayacaq.
Diqqətə çatdırıldı ki, Zəngilan pivot suvarma sistemləri də ən müasir texnoloji yeniliklərlə təchiz olunacaq. Burada 5 pivot sistemi quraşdırılacaq ki, bu da 157 hektar ərazinin suvarılmasına imkan verəcək.



Prezident Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlini qoydu
Prezidentlər Zəngilanda “Ağıllı kənd”lə tanış oldular (YENİLƏNDİ)
Prezident və xanımı "Arximed" stansiyasında
Prezident və xanımı Füzulidə
Prezidentlər Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda
Prezident zəngilanlılarla birgə “Ağıllı kənd”in təməlini qoydu
Zəngilanın "Ağıllı kənd"inə köçürülmə ilə bağlı AÇIQLAMA: 1400 nəfər...
Azərbaycan yeni PUA hazırladı
İnam Kərimova yeni VƏZİFƏ VERİLDİ
“Şəhərlərimizi “ağıllı şəhərlər”ə çevirməliyik” - Ərdoğan
İlham Əliyev və xanımı Cəbrayıl və Qubadlıya getdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 