ONN İnformasiya Agentliyi

Məşhur azərbaycanlı bloger polisə müraciət etdi

Məşhur azərbaycanlı bloger polisə müraciət etdi
2-06-2022, 14:58

"Location” gecə klubunda xəsarət alan bloger Aysel Şükürova polisə müraciət edib.

ONN media bildirir ki bu haqda o, İnstaqram hesabında məlumat verib:

"Uzun müddətdir bu barədə açıqlama vermək istəyirdim. Bədənimin müxtəlif yerləri partlayışda yanıb, əsas da ayaqlarım. Uzun müddətdir xəstəxanada müalicə alıram. Amma klub rəhbəri Elşən mənə dəymiş ziyanı qaytarmır. Nə yanğında itən telefonlarımın pulunu, nə də xəstəxana xərclərimi verirlər. Təkcə mənim yox, nə qədər şikayətçi var. Heç kimin pulunu vermirlər.

Yalandan mənə dedilər ki, 15 gün möhlət verin, artıq bir ay keçib. Lazımi yerlərə şikayət vermişəm. İnşallah, layiqi cəzalarını taparlar. İki telefonum yanğın zamanı yanıb, eyni zamanda bədənim. Axırda mənə açıq şəkildə bəyan etdilər ki, get hara istəyirsən şikayət elə. Mənə dəymiş ziyanı qarşılamaq istəmirlər".

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png