"Lənkəran Müalicə və Diaqnostika Mərkəzində acınacaqlı vəziyyət hökm sürür. Xəstəxananın birinci mərtəbəsində su kranları sınıb, su yoxdur, ayaqyolu bərbad vəziyyətdədir".
Bunu Cəlilabad rayon sakini Lalə Qasımova (ad-soyad şərtidir - red.) deyib.
O, iyunun 8-də doğuş üçün xəstəxanaya yerləşdirildiyini və iyunun 17-nə kimi mərkəzdə dəhşətli mənzərənin şahidi olduğunu bildirib:
"Yerləşdirildiyim palatada anti-sanitar vəziyyət hökm sürürdü. Məni palataya qəbul edəndə yataq dəstlərini belə dəyişmədilər. Məcbur qalıb çirkli, məndən əvvəlki pasiyentin yatdığı yatağa gödəkcəmi sərib uzandım. Pəncərələrin qarşısında qarışqalar gəzirdi. Hətta qarışqalar körpəmə də daraşırdılar. Bununla bağlı etdiyim müraciətlərə isə məhəl qoyan yox idi".
Şikayətçi bildirib ki, mərkəzdə hamam işləmədiyi üçün xəstələr yayın istisində əziyyət çəkirlər:
"Xəstəxanada hamam işləmir. Təsəvvür edin, artıq vəziyyət o yerə çatdı ki, Lənkərandan Cəlilabada evimizə gəlib yuyundum və bir gün sonra xəstəxanaya qayıtdım. Mərkəzin personalı da çox diqqətsizdir, xəstə ilə maraqlanmaq istəmirlər. Yalnız ayın 16-da bir yaxınımın xəstəxanaya zəng vurub şikayət etməsində sonra əl-ayağa düşdülər. Ondan sonra mənə dedilər ki, "niyə şikayət edibsən?". Həmin gün palatanı təmizlədilər, yataq dəstimi dəyişdilər və mənə diqqət göstərməyə başladılar".
Məsələ ilə bağlı Lənkəran Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqə şöbəsindən bildirilib ki, mərkəzdə həqiqətən də hamam problemi var:
"Bunu hələ ki, həll etmək mümkün olmayıb. Qurban bayramına görə işçilər xəstəxanada azlıq təşkil edir. Ona görə palatada müəyyən təmizlik işlərinə ehtiyac yaranıb. Amma bütün bunlar dərhal aradan qaldırılacaq və xəstələrə lazım olan bütün xidmətlər göstəriləcək"//oxu.az



Novxanı çimərliyində İYRƏNCLİK
Bakının ən böyük xəstəxanasında ŞOK
"Semaşko"da bu gecədə 20 nəfər ölüb? — RƏSMİ AÇIQLAMA
"Semaşko"da ilginc vəziyyət- Körpənin nə ölüsü, nə dirisi...
Daha bir ölkədə fövqəladə vəziyyət elan olundu
Azərbaycanda vəziyyət çox ciddidir, bütün bölgələrdə… – RƏSMİ XƏBƏRDARLIQ…
Dəhşətli qəzada oğlunu itirən ana intihar etdi? – Açıqlama
Cəlilabad sakini günvurmadan öldü
Bakıda girov götürülən iş adamı: “Məni adyala büküb apardılar”
Azərbaycanda pulu olmayan kişi xəstəxanada ac saxlanılır?
Ermənistanda GƏRGİN VƏZİYYƏT: Generalın qardaşı oğlu…
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 