Bloger Asya ilə bir müddət öncə ayrıldığı tanınmış videoqraf yoldaşı Fuad arasında qalmaqal yaşanıb.
ONN media xəbər verir ki, onlar instaqram hesablarında bir-birlərinin ünvanına sözlər yazıblar.
Fuad paylaşımına “Bu günə qədər susmuşam və görürəm ki, bir nəfərin ayağı yer alıb. Özün də bilirsən ki, bəzi şeylər var, paylaşsam, gərək ölkədən köçəsən. Ağzımı açdırma. Mənim də bir səbrim var. Elə bil atası evindən səhifə gətirib, aprelin 24-də hesabın parolunu dəyişdi, məni atdı, indi də “ataman”lıq edir. Səhifənin sayəsində maşın aldı, rəfiqəsinin adına yazdırıb ki, məhkəmədə ondan danışılmasın. Sonra da haqq-ədalətdən və düzgün mülk bölgüsündən danışır. Səhifənin “qaluçka”sını da mən almışam. Ödənişlə. Yalandan yazmışdı ki, sorğu göndərdim, səhəri gəldi. Bu dörd ayda ananla birləşib mənə qarşı etmədiyin şeylər qalmadı. Bir dəfə də olsun cavab vermədim, dedim, qadındır, uşaqlarımın anasıdır. Amma bu dəfə səni məhv edərəm. Etdiklərinin üstünü açaram, insan içinə çıxa bilməzsən”, - deyə yazıb.
Asya isə “Görəsən, hamilə vaxtımdan tutmuş dünənədək olanları paylaşsam, ölkədən kim köçər? Pis insana niyə məhz dünənə qədər “evə qayıt” deyilsin? Məni ən çox qadınlar yaxşı başa düşər. Heç kimin nüfuzuna və adına zərər vermək istəməmişəm. Ətrafım, bloger dostlarım, qohumlarım həmişə bilib ki, düşmənlik edən tərəf mən olmamışam. Övladlarım var. Məni hədələmə! Paylaş! Qarşılıqlı paylaşaq! Baxaq bu ölkədəki insanlar kimə haqq verəcək. Mənə haqq verilməsə, ölkədən gedərəm. Bu qədər açıq deyirəm!
Boşanmaq istəyən bir qadın kimi sakit məhkəməyə müraciət etmişəm. Düşmən də olmaq istəməmişəm. Bu insan özü dediyi halda ki, övladlarım yoxdur, istəmirəm. Mən demişəm ki, eləmə. Onların günahı yoxdur. Həmişə istəmişəm ki, sakit yekunlaşsın. Görün necə iyrəncləşmişik ki, əlacsız qalıb bunu sosial mediaya daşıdım. İki gün öncə 2 saata yaxın telefondan danışdıq, geri qayıtmağımı istədi, sonra yenə istəmədiyimi dedim, sakit bitməsini istədiyimi söyləyim. Amma mənə dünən məhkəmədən oyun qurmaqları ilə bağlı SMS gəlir. Niyə axı bitmir? Niyə sakit bitmir? Niyə hər normal münasibət kimi bitmir?” - paylaşım edərək Fuada cavab verib.
Qeyd edək ki, Asya videoqraf həyat yoldaşı Fuad İsmayılovdan ayrılıb. Onların iki oğul övladı var.



Xatirə ilə Vasifin İnstaqram qalmaqalı
Fatimə həyat yoldaşına bağ evində xəyanət edib?
Fərda ilə Niyam arasında qalmaqal: Bunu etməsi...
Məşhur aktyorun dəfnində qalmaqal yaşanıb
Azərdən Pərvinə BÖYÜK ZƏRBƏ
Röyadan İNANILMAZ SÖZLƏR: “Yeni ildə borc aldım ki, evə bazarlıq edim”
“Məni istintaq vaxtı 15 nəfərin iştirakı ilə döyürdülər” – Dilqəm Əsgərov
Alim Qasımovun qızından ŞOK SÖZLƏR: “Mənə sillə vurdu”
Fuad Abbasovdan ağır ittihamlar - Canlı
Natavan Həbibi Dado ilə barışdı
Elton ölkədən niyə gedir?
Namiq Qaraçuxurlu şantaj edildi - 300 MİN İSTƏNİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 