Azərbaycanda yerli icra hakimiyyəti orqanlarına vətəndaş etimadı ürəkaçan deyil.
ONN media publika.az-a istinadla xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin Prezidentin cari ilin ilk dörd ayı (yanvar-aprel) üzrə keçirdiyi sosioloji sorğunun nəticələrinə açıqlanıb.
Sorğu çərçivəsində vətəndaşların yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib.
Sorğu iştirakçılarının 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i əsasən etibar etdiyini bildirib. 14,1% respondent əsasən etibar etmədiyini, 37,3% heç etibar etmədiyini qeyd edib. 3,2% respondent qərarsız mövqe nümayiş etdirib.
Sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonları üzrə keçirilib və 1081 respondentin rəyi öyrənilib.
Sosial Tədqiqatlar Mərkəzi prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə yaradılıb.
STM Azərbaycandaa ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil, ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edir, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edir.
Prezidentinin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib



Azərbaycan əhalisinin sayı nə qədər artıb?
Fevralın ilk 10 günü: normadan 6 dərəcə çox...
İcra başçılarının səlahiyyətləri azaldıldı
Ali məktəblərə qəbul proqramında dəyişiklik edildi
Prezident Təhsil Nazirliyinin strukturuna dəyişiklik etdi
Prezident bu nazirliklə bağlı sərəncam imzaladı
İlham Əliyevdən yeni təyinat
Mədəniyyət Nazirliyində YENİ TƏYİNATLAR
Şirvan şəhər İcra Hakimiyyəti təkzib etdi - TƏYİNAT OLMAYIB
Gəncə icra başçısına iki yeni müavin təyin edildi
Azərbaycan vətəndaşlarının 73,30 faizi Prezidentin fəaliyyətindən tam razıdır - SORĞU
ŞOK OLAY- Daha bir qazimiz intihara cəhd etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 