Azərbaycan Hava Yolları” şirkətinin (AZAL) Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin qiyməti vətəndaşların narazılığı ilə qarşılanıb.
ONN media xəbər verir ki, millət vəkili Fazil Mustafa da bu addıma sərt reaksiya göstərib.
Əslən Naxçıvandan olan deputat bildirib ki, bilet qiymətləri qaldırılmaqla yanaşı, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən təyyarə sayları da artırılmır.
“Onlarla adam zəng edib köməklik istəyir. Əməlli-başlı dərəbəylikdir. Biriləri kimsənin rəyini soruşmadan biletin qiymətini qaldırır, təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir. Günlərlə kassa qarşısında növbəyə durub 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı? Sadəcə ayıb olsun, ar olsun, deyirəm, onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı, erməninin verdiyi əziyyət yetərli deyilmi? Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin” - F.Mustafa qeyd edib.
Məsələ bağlı “Azərbaycan Hava Yolları” QSC-dən publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, respublika daxilində reyslər üçün aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə biletin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir:
“AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə biletləri aviaşirkətin rəsmi saytından almağa dəvət edir. Bu, AZAL-ın kassalarında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək edəcək. Hər iki istiqamət üzrə biletlər aviaşirkətin www.azal.az rəsmi saytından əldə edilə bilər. “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri aviaşirkətin rəsmi saytında almağı təklif edir. Biletlərin alınması zamanı ödəniş üçün istənilən bankın Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin kartları qəbul edilir. Ödəniş zamanı digər şəxsin bank kartından istifadə edildikdə, hava limanında qeydiyyat zamanı kart sahibinin şəxsiyyət vəsiqəsinin surətini, habelə kartın üz tərəfinin surətini təqdim etmək tələb olunacaq. Naxçıvana və ya geri istiqamətdə reyslərə onlayn aviabilet alınarkən saytda həmçinin səyahət edən sərnişinin vətəndaşlığını seçmək üçün sahə göstərilir”.
Əlavə olunub ki, AZAL tərəfindən qeyd edilən reyslərdə bir sıra kateqoriyalı sərnişinlər üçün endirim nəzərdə tutulub: “18 yaşınadək əlil uşaqlar, tələbələr, həmçinin I və II qrup əlillər üçün 10 manat məbləğində endirim tətbiq olunur. Bu kateqoriyalardan olan sərnişinlər üçün aviabiletlər yalnız Bakı və Naxçıvanın hava limanlarında aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirilə bilər. Bilet alarkən sərnişin müvafiq sənədi təqdim etməlidir



Naxçıvan-Bakı avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başladı
Naxçıvana uçan təyyarə tufana görə geri qayıtdı
AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
AZAL Bakı-Naxçıvan reyslərinin sayını artırıb
Naxçıvandan Bakıya uçan təyyarə geri qayıtdı
Naxçıvana gedən təyyarə tufana görə GERİ QAYITDI
Naxçıvan-Bakı aviareysləri AÇILA BİLƏR
Lənkəranda təcili eniş edən təyyarə Naxçıvana yola düşdü
Bakıdan Naxçıvana getmək istəyənlərin nəzərinə
Bakıdan İstanbula 144 manata avtobus reysi ilə bağlı - VACİB AÇIQLAMA
Bakı-Naxçıvan təyyarəsi geri dönüş etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 