Azərbaycan Hava Yolları QSC (AZAL) sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik reyslərin sayını 10-dan 12-yə çatdırıb.
ONN media xəbər verir ki, QSC-dən verilən məlumata görə, AZAL sərnişinlərin Bakı-Naxçıvan arasında reyslərə olan tələbatını tam ödəyir. Bu istiqamətdə heç bir sərnişin biletsiz qalmayıb.
Qeyd edək ki, bu marşrut üzrə gündəlik 11-12 reys həyata keçirilir ki, bu da sərnişinlərə səfərlərin planlaşdırılmasında rahatlıq və ən əlverişli uçuş vaxtını seçmək imkanı yaradır.
Məsələn, iyulun 1-də 12, iyulun 2-də isə 11 reysin həyata keçirilməsi nəzərdə tutulub.
Uçuşların sayının artması ilə əlaqədar biletlərin mövcudluğu tam təmin olunduğundan sərnişinlərin aviabilet almaq üçün AZAL-ın kassalarının qarşısında növbəyə durmağa ehtiyac qalmayıb.
Qeyd edək ki, respublikadaxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün isə 70 manat təşkil edir.
Bundan əlavə, 18 yaşınadək əlil uşaqlar, tələbələr, həmçinin I və II qrup əlillər üçün 10 manat güzəşt tətbiq edilir.
Yalnız bu kateqoriyadan olan sərnişinlər aviabiletləri aviaşirkətin Bakı və Naxçıvan hava limanlarındakı rəsmi kassalarında əldə edə bilərlər.
Həmin sərnişinlər biletləri alarkən müvafiq sənədləri təqdim etməlidirlər.



Bakıdan Naxçıvana getmək istəyənlərin NƏZƏRİNƏ
Bakı-Naxçıvan aviareyslərinin sayı artırıldı
Naxçıvana getmək istəyənlərin NƏZƏRİNƏ
Naxçıvana aviabiletlərin alınması proseduru asanlaşır
Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək
Naxçıvan aeroportunda nə baş verir?
AZAL bu istiqamət üçün bilet alanlara müraciət etdi
AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
Bakı-Naxçıvan reyslərinin sayı artırılır
Təxirə salınmış uçuşlar bərpa olundu
Naxçıvan-Bakı avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Naxçıvana bilet qiymətləri niyə qalxıb?- İLK AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 