Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində özünü Türkiyə Respublikasının vətəndaşları kimi təqdim edən bir qrup şəxs tərəfindən çəkilən və ölkəmizin gömrük orqanlarına qarşı iddiaların yer aldığı video yayımlanıb.
ONN media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, videoda həmin şəxslər gömrük-sərhəd keçid məntəqələrindən birində onlardan qanunsuz ödənişlərin tələb olunduğunu və alınan vəsaitə görə qəbz verilmədiyini iddia edirlər.
“Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları tərəfindən dərhal aparılan araşdırma zamanı müəyyən olunub ki, həmin video Beynəlxalq Dəniz Ticarəti Limanının ərazisində qeydə alınıb. Lakin videonun qeydə alındığı və həmin şəxslərin ödəməni həyata keçirdikləri məkan limanın giriş qapısında, gömrük zonasının xaricindədir. Yəni hadisə gömrük zonasından kənarda baş verib. Onların ödədiklərini iddia etdikləri vəsaitlərin gömrük orqanlarına aidiyyəti yoxdur. Belə ki, limanda perron, körpü, gəmi və parklanma üçün göstərilən xidmətlərə görə alınan vəsait gömrük orqanlarının səlahiyyətinə aid deyil.
Komitənin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma nəticəsində ölkə ərazisinə giriş-çıxış zamanı həmin şəxslərdən hər-hansı gömrük ödənişlərinin alınmadığı müəyyən edilib. Onu da qeyd edək ki, mövcud qanunvericiliyə görə, sərhədkeçmə proseslərində motosikletlərdən ümumiyyətlə hər-hansı ödəniş tələb olunmur”, - Gömrük Komitəsinin məlumatında qeyd edilib.



Azərbaycanda vəzifəli şəxs işdən AZAD EDİLDİ
DGK-dən gömrük işçiləri ilə bağlı yayılan videotəsvirlərə MÜNASİBƏT
Əli Əsədov bu məsələ il ə bağlı qərar imzaladı
Baş Gömrük İdarəsi ilə bağlı iddialara - Cavab
Gömrük postunda keçid dayandırıldı- DİQQƏT
Komitə məlumat yaydı: Bunu sifarişlə yazdırıblar
Külli miqdarda psixotrop maddə aşkar edildi
Gömrükdən Emənistan siqareti ilə bağlı açıqlama
Sərhəddə nə qədər yük maşını gözləyir?- RƏSMİ
Gömrük əməkdaşları həbs edilib? - RƏSMİ AÇIQLAMA
DGK əməkdaşlarına yeni rütbələr verilib
Azərbaycanda daha bir şəxs vəzifədən uzaqlaşdırıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 