Qardaşımın ayın 9-da kiminlə görüşdüyü məlum deyil. Başımız yasa qarışdığından bunu hələ tapa bilməmişəm. Həmin görüşdən sonra deyib dizimi yerə ata, qolumu sındıra bilərlər, amma başımı aşağı əyə bilməzlər. O cümlənin altında çox sözlər var. Mənə də maraqlıdır ki, bu nə məsələdir?
ONN media xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında intihar edən qazi Elvin Cəfərovun qardaşı Elnur Cəfərov deyib.
O, qardaşının intiharından əvvəl yayılan videosundakı sözlərinin arxasında ciddi məqamların olduğunu bildirib:
“Maraqlıdır ki, qardaşım nəyə əsasən videoda elə sözlər deyir. Hər halda araşdırma aparılır. Qardaşım nə dəli idi, nə də onun psixoloji problemi var idi. İcra başçısı deyir ki, onun psixoloji problemi olub. Xeyr, elə bir şey yoxdur. Hər kəsin müharibədə iştirak etmək üçün psixoloji gücü olmur. Amma qardaşım müharibədə döyüşüb və evə qayıdıb. Son vaxtlar səhhətilə bağlı ciddi bir şikayəti yox idi, amma ağrıları qalmışdı. Ağrılarının olması onun psixoloji probleminin olduğu anlamına gəlmir. Qardaşım Maştağadakı xəstəxanada yatmışdı və ondan sonra pensiyaya çıxmışdı. Ona əsasən də dərmanlar atır və müalicə alırdı”.
E.Cəfərov qardaşının ölümündə pərdəarxası məqamların olduğunu dilə gətirib:
“Qardaşım ayın 9-da kiminlə görüşdüyü məlum deyil. Ölümündən əvvəl dedi ki, əlimi-qolumu sındırdılar. O cümlənin altında çox sözlər var. Maddiyyat, dolanışıq məsələsinə qalsa, müharibəyə getməzdən əvvəl nə ilə dolanırdı? Şükür Allaha, çörəyimiz də, suyumuz da var. Özü pensiya alırdı, mən də kömək edirdim. Dövlətdən də heç bir incikliyi olmayıb. Bir müddət əvvəl Tiktokda video paylaşmışdı. Orda deyirdi ki, müharibə başlasa, yenidən xidmətə yollanaram. Deyirdi ki, 19-20 yaşında olanları çağırmayın, bizi çağırın gedək. Mən Avropa, Dünya çempionuyam. Biz Vətənimizə, dövlətimizə, prezidentimizə, millətimizə, bayrağımıza sadiq insanlarıq. Sadəcə ayın 9-da görünür, çox şey olub. Qardaşım evdə asılan təqvimdə ayın 9-10-nu qaralayıb. Deməli, qardaşım 9-u kiminləsə görüşüb, məsələ olub və ayın 10-u gedib bunu edib. Burada müəmma var. O həmişə məni eşidirdi. Yalnız mənim sözümə qulaq asırdı. Əgər kimsə qardaşımın yanında məni yığıb desəydi ki, telefonda qardaşın səni gözləyir, o, özünə heç nə etməzdi. Təəssüf ki, mənə zəng etməyiblər”.
E.Cəfərov bildirib ki, intihardan əvvəl çəkilən videonu qardaşının qazi dostları çəkib.



Trampa AĞIR İTKİ
14 yaşlı Mədinə itib – Əmisindən AÇIQLAMA
44 günlük savaşın təsiri: erməni hərbçilər intihar edir
Qardaşım İran məni erməniyə satdı- Allahşükür Paşazadə
Qazinin dəfnində insident yaşanıb?- Rəsmi
Toy axşamı intihar edən şəxsin atası: "Sonuncu dəfə nişanlısı ilə..."
Putin nüvə silahından istifadə edə bilər?
Psixoloji dəstək üçün çağrı mərkəzi yaradılıb - QƏRARGAH
"Birinci qardaşım, ikinci atam getdi" — Kərim
Nərmin öldürülərkən hamilə olub? – Valideyni danışdı
"Diri adama necə ölü deyə bilərəm? - “Ölüf derəm saa” deyən kişidən MSK-ya CAVAB
Dünya dağılacaq, dirilər ölülərə həsəd aparacaq- Vanqadan QORXUNC PROQNOZ
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 