1990-cı illərin ən cazibədar modellərindən biri olan Linda Evengelista başına gələnlərdən danışıb.
ONN media xəbər verir ki, model gözəllik üçün içdiyi dərmanın qurbanı olduğunu bildirib. Bütün zamanların ən yaxşı modellərindən biri kimi tarixə düşən Linda "Gündəlik 10 min dollardan aşağı bir iş üçün yataqdan belə qalxmazdım" sözlərini deyib.
Gözəl görünüşünü qorumaq üçün atdığı addım uğursuz alınıb. Model etiraf edib ki, bədəni deformasiyaya uğrayıb.
57 yaşlı Evangelista bir modelin başına gələ biləcək ən pis hadisə ilə üzləşdiyini söyləyərək sözlərinə belə davam edib:
"Çəkimi və fiziki görünüşümü qorumaq üçün yağdonduran içkidən sonra bədənim öz təbirincə deformasiyaya uğradı və bunu düzəltmək mümkün olmadı. Uzun müddət kameralardan uzaq oldum.İçkinin reklamları hər yerdə yayılmışdı. Mən də reklamlara aldandım. Orada deyirdilər ki, gözəl qalmaq üçün əməliyyata ehtiyac yoxdur. Guya sehirli eleksir idi. Bədənimin bəzi yerlərində piylər dondu və əriməməyə başladı. Süd vəzim və bədənimin bəzi yerləri şişməyə başladı. Arıqlatmaq istədiyim bölgələrim daha da kökəldi. Zaman keçdikcə bədənimin həmin yerləri hissiyatsız hala düşdü. Arıqlamaq üçün içdiyim bu dərman həyatımı məhv etdi".
Linda Evangelista gələn ay nəşr olunacaq "Vogue" jurnalının Böyük Britaniyada çap olunan versiyasının qonağı olub./Axşam.az



Gözəllik kraliçası evində ölü tapıldı
Məşhur model özünü öldürtdürdü- ŞOK İDDİA
Çəkini nəzarətdə saxlamaq üçün bu qaydalara riayət edin
Ərəbistanlı gözəlin yalanı üzə çıxdı
İtlərini xilas edərkən HƏYATINDAN OLDU
Bu fotosuna görə tənqid olunan model əsəbiləşdi: "Miss Planet 2019"a gedirəm
39 yaşlı model müəmmalı şəkildə VƏFAT ETDİ
Artıq çəkili olduğu üçün işə QƏBUL OLUNMADI - İndi isə.../ FOTOLAR
Rus qadınlarının gözəllik SİRRİ NƏDİR?
Məşhur model taksi ilə dənizə düşdü
Modelin bu görünüşə görə ulduzu parladı
‘’Kişidir ona hər şey olar...'' — Aysellə Oktayın boşanmasında adı hallanan model
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 