İran Azərbaycanla sərhəddə yeni təlimlərə başlayır: SEPAH-ın quru qoşunlarının “Güc” adı ilə təlim keçirməsinin Azərbaycana qarşı “əzələ nümayişi” olduğu bəllidir.
Və təlimlərin indi başlanması da gözlənilməz hesab edilməməlidir:
Birincisi, Ermənistanın sərhədini “qırmızı xətti” elan edən İran daxildəki etirazlar fonunda “sionizm”, “terror” iddialarını yenidən aktuallaşdırdı və hətta Araz bölgəsində “terrorçuların saxlanılması” teatrını da qurdu: sərhədə “leşkər” göndərilməsi də rejimin “xarici təhlükə” ssenarisini gücləndirmək və Bakıya “müdaxilə planını” əyani şəkildə nümayiş etdirmək məqsədi daşıyır;
İkincisi, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar sürətlənib və ilin sonuna qədər razılaşmanın olması, xüsusilə sərhədin delimitasiyası məsələsinin həlli gözləntiləri var: İran mümkün sərhəd dəyişikliyinə qarşı Bakını “leşkər”lə təhdid edir;
Prezident İlham Əliyevlə İbrahim Rəisinin Astana görüşü də bu kontekstdə diqqət çəkir. İran Prezidenti Administrasiyasının siyasət şöbəsinin müdiri Məhəmməd Cəmşidi bildirib ki, Rəisi İlham Əliyevlə görüşdə İran və Ermənistanın “tarixi sərhədləri”ndə, regionun geosiyasətində və tranzit marşrutunda hansısa dəyişikliyin olmasına qarşıdır və buna qətiyyətli cavab verəcəklər.
Bölgədə sərhədlərin və siyasi mənzərəninin mümkün dəyişikliyində İranın “qətiyyətli cavabı”nın necə olacağı sual altındadır, çünki Azərbaycana, yaxud Ermənistan ərazisindən bölgəyə hərbi müdaxilənin qarşısında kifayət qədər əngəllər var. Bu baxımdan, İranın daha çox “əzələ nümayişi” ilə nəsə əldə etməyə çalışdığı görünür. Fəqət “terror təhlükəsi” kimi iddialarla hansısa təxribatlara əl atması da istisna edilməməlidir.
Təlim adı ilə Azərbaycan sərhədinə göndərilən qoşunların burada uzun müddət qalacağı da istisna deyil



SON DƏQİQƏ: Azərbaycanla sərhəddə təlim keçən İran öz texnikasını vurdu
İranın Azərbaycana qarşı növbəti TƏXRİBATI
Səfirliyimizə hücumun pərdəarxası- HƏDƏF KİMDİR?
Rəisini Türkiyəyə getməyə qoymayan kimdir?
Tehranın Bakıya təhdidi davam edir
İran Türkiyə və Azərbaycanla sərhəddə təlim keçirəcək
İran bu ölkələrlə təlim keçirir
İran qoşunlarını hazır vəziyyətə gətirib- NƏ BAŞ VERİR?
İran Quru Qoşunları və PUA-larını Azərbaycanla Ermənistan sərhədlərinə göndərdi
İrəvanın qorxusu nədir?- Əgər İran biz tərəfdən müdaxilə etsə...
Azərbaycana gələn F-16-ların hədəfi: Bakı və Ankaranın planı nədir?
SON DƏQİQƏ: Ermənistan və İran Laçına hücum hazırlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 