Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən 4 məktəbin şagirdləri soyuqdan donur.
Sakinlərin verdiyi məlumata görə, Ağdam şəhər 38, Ağdam şəhər 39, Füzuli şəhər 45 və Şuşa şəhər 7 nömrəli məktəbin şagirdləri qış düşəndən bəri istilik üzünə həsrət qalıblar.
Valideynlər bildirirlər ki, noyabrın 15-dən bəri məktəblərdə istilik sistemlər işlədilmir. Bu səbəbdən valideynlərin çoxu uşaqlarını məktəbə göndərmir. Hər sinifdən 2-3 şagirdə dərsə gəlir. Onlar da 2 dərsdən sonra müəllimlər tərəfindən evə göndərilir. Çünki müəllimlər özləri də soyuq sinif otaqlarında otura bilmirlər. Qeyd olunur ki, problemdən Təhsil Nazirliyinin də məlumatı var, lakin məktəbə istilik verilməsi ilə bağlı heç bir addım atılmır.Təhsil Nazirliyindən əldə etdiyimiz məlumata görə, şəhərcikdə yalnız bir qazanxana mövcuddur. Bu qazanxana həm şəhərcikdəki binaların, həm də məktəblərin istilik təminatını həyata keçirir. Lakin iki dövlət qurumu - “Azəristiliktəchizat” “Qaçqınkom” arasında həll edilməyən problemə görə qazanxana işlədilmir. Belə ki, "Azəristiliktəchizat" “Qaçqınkom”un borcuna görə qazanxananı işlətmir. Bununsa cəzasını əksəriyyətini azyaşlı uşaqların təşkil etdiyi şagirdlər çəkir.
Problemin həllinə isə heç kim yaxın durmur; nə Təhsil Nazirliyi, nə “Qaçqınkom”, nə də “Azəristiliktəchizat”.
Nəzərə alsaq ki, qarşıdan daha kəskin soyuqlar gəlir, o zaman bu gedişlə 4 məktəbdə təhsilin tamamilə dayana biləcəyini deyə bilərik. Çox təəssüf ki, bütün bunlar işğaldan yeni azad olunmuş və hələ istilik təchizatları tam hazır olmayan rayonlarımızda yox, həmin rayonların Bakının mərkəzində yerləşən məktəblərində baş verir.// Bakupost



Şagirdlər arasında aksiya keçirildi- RƏSMİ CAVAB VERİLDİ
Əhalinin DİQQƏTİNƏ: Bu gündən dayandırılır
Bakının bu rayonunun istilik sistemlərində PROBLEM YARANDI
Bu ərazilərdə istiliyin verilməsinə başlanıldı
Şuşaya istilik nə vaxt veriləcək?
11-ci sinif şagirdləri bu il məktəbə getmədən MƏZUN OLACAQ?
Bakı və rayonlara istiliyin verilməsi nə vaxt bərpa olunacaq?
Sakinlərin bu problemi niyə həllini tapmır?
Nazir istilik problemi olan məktəblərdən danışdı
Məktəblərdə istilik və su ilə bağlı problemlər var - RƏSMİ
ŞAD XƏBƏR - Bu şəxslər avtobuslardan pulsuz istifadə edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 