Yaxın zamanlarda hökumət tərəfindən zəruri addım atılacaq. "Yaxın günlərdə şagirdləri və valideynləri sevindirmək mümkün olacaq". ONN media xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa şagirdlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə bağlı valideynlərin qaldırdığı problemin həllindən danışarkən deyib. O, qeyd edib ki, əslində müəllimlər gününə ən böyük hədiyyə şagirdlərin istisnasız olaraq ictimai nəqliyyatdan ödənişsiz istifadəsi haqqında qərar ola bilərdi, çünki bu qərar ən çox müəllimləri sevindirə bilərdi: "Dərsə sıxıntı içində gələn, yaxud imkansızlıqdan dərsə gələ bilməyən şagirdləri ilk anlayan şəxs müəllimdir. Bu qərarın verilməsi məktəblərdə dərs atmosferinə də müsbət yöndən təsir edəcək. Artıq əsas qurumlara müraciətimiz tamamlandı. Bütün yönləri ilə məsələni əsaslandırmağa çalışdıq. Bu gün məktəbdən kənarda uşaq qalmamalıdır. Uşağın məktəbə çatdırılmasının yükünü yaşayış səviyyəsi aşağı olan valideynlərin boynuna qoymaq olmaz. Dövlət mütləq bu yükü götürməlidir". Fazil Mustafa bildirib ki, məktəbli paltarında olan hər bir uşaq yaşından asılı olmayaraq ictimai nəqliyyatdan istifadəyə görə pul ödəməməlidir: "Çox az uşaq olar ki, dərsdən kənar vaxtda məktəbli forması geyib ictimai nəqliyyata minsin. Bizim təklifimiz məhz məktəbli formasında məktəbə gedib-gələn uşaqlara aiddir. Nəqliyyat qurumlarının zərərinin kompensasiyasını da büdcədən təmin etmək mümkündür. Düşünürəm ki, hökumət tərəfindən bu zəruri addım yaxın zamanlarda atılacaq, həm şagirdlərimizi, həm də valideynlərimizi sevindirmək mümkün olacaq".
ŞAD XƏBƏR - Bu şəxslər avtobuslardan pulsuz istifadə edəcək



Məktəblilərə ictimai nəqliyyatdan istifadə pulsuz olsun — TƏKLİF! – VİDEO
Məktəbli uşaqlar avtobusa pul verməsin - Deputatdan Təklif
DÜNYADA BİR İLK - İctimai nəqliyyat pulsuz oldu
Maskası olmayanlara pulsuz maska paylanılır
İctimai nəqliyyat pulsuz olacaq
Bu məktəblərdə dərslər dayana bilər?- SƏBƏB NƏDİR?
Bakıda ictimai nəqliyyat pulsuz olacaq?
Burada ictimai nəqliyyat pulsuz ola bilər
Bu uşaqlar dərsə buraxılmayacaq - Direktorlara müraciət edildi - VİDEO
Bakıda bu məktəblərdə dərslər dayandırıldı - SON DƏQİQƏ
Milli Məclisdə hərbçilərlə bağlı MÜHÜM TƏKLİF
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 