“Biz elə bir sistem yaratmalıyıq ki, turistləri daha çox cəlb edək. İndi aeroportlarda yeni sistem yaradılır və gələn aydan başlayaraq tətbiq ediləcək”.
ONN media-nın verdiyi məlumata görə, Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Prezident bildirib ki, bütün sərhəd-keçid məntəqələrində qonaqlar üçün maksimum rahat şərait yaradılmalıdır:
“Çünki bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin.
O ki qaldı, təhlükəsizliklə bağlı məsələlərə, indi bizim kifayət qədər imkanımız, texniki imkanlarımız var ki, öz təhlükəsizliyimizi qoruyaq. Ancaq bu, səbəb, bəhanə olmamalıdır ki, sərhədlərdə növbələr yaradılsın və o növbələri keçmək üçün kimdənsə nə isə qopardılsın”.



Aeroportlarda yaradılan yeni sistem necə olacaq?
İlham Əliyev: “Rüşvət, pul tələb edirlər, dilənirlər”
İlham Əliyev XƏBƏRDARLIQ ETDİ- VİDEO
"Vətəndaşlara kobudluq, hörmətsizlik göstərilir" - Dövlət başçısı
“Azərbaycana 3,5 milyard dollar sərmayə qoyulub”- Prezident
Prezident 2019-cu ili “Nəsimi İli” elan etdi
Prezident: Bakıda nəqliyyat-təsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur
Prezident hökumətin iclasını keçirdi
İlham Əliyev: "Azərbaycan bu il yeni silahlar alacaq"
Prezident İlham Əliyev iclas keçirir - CANLI YAYIM
"Bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək"
Prezident Nazirlər Kabinetinin iclasını keçirdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 