“Məktəblərdə və insanların kütləvi toplaşdığı yerlərdə viruslara kütləvi yoluxmamaq üçün pandemiya dövründə mövcud olan maska taxmaq, məsafə gözləmək və əllərin giriş-çıxışda dezinfeksiya olunması tədbirlərinə mütləq şəkildə əməl etmək lazımdır”.
ONN media xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Tanınmış professor hesab edir ki, xəstə uşaqlar heç bir halda məktəbə göndərilməməlidir:
“Virusa yoluxmuş uşaqlar ev şəraitində müalicə olunmalıdır. Yaddan çıxarmaq olmaz ki, məktəbdə uşaqların sıx təması mövcuddur. Sinif otaqlarında uşaqlar daima nəfəs alır və bir-birinə asanlıqla yoluxdura bilirlər.
Yaxşı olardı ki, qızdırması olan və xəstə uşaqlar məktəblərə getməsinlər. Məktəbdə isə kütləvi yoluxmanın qarşısını almaq üçün şagirdlərin sinif otaqlarında maska taxmaları yaxşı olardı”.
Yaranmış vəziyyətlə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, əgər hər hansı şagird xəstədirsə, onun ev şəraitində müalicəsi aparılmalıdır:
“Kəskin respirator xəstəliklərin çoxaldığı vaxtda bu başa düşüləndir və üzrlü səbəbdir. Əsas məsələ şagirdlərin sağlamlığıdır. Əgər hər hansı şagird qripə və ya yoluxucu xəstəliyə tutulubsa, onun evdə qalması və müalicəsini davam etdirməsi vacibdir. Bu şagirdlərin məktəblərə getməsinə ehtiyac yoxdur.
Bizim bu məsələdə valideynlərə tövsiyəmiz də budur ki, övladlarını qızdırmalı və ya xəstə halda məktəblərə göndərməsinlər. Əgər xəstə halda şagirdlər məktəbə gəlirsə, təhsil ocağının rəhbərliyi bununla bağlı qərar qəbul etməlidir. Bununla bağlı məktəblərdə qaydalar və müvafiq qərarlar da mövcuddur



Məktəblərdə yayılan bu xəstəliklə bağlı xəbərdarlıq edildi
Məktəblərin açılması prosesi dayana bilər?
Aprelin 1-dən ölkədə karantin sərtləşdirilir? - AÇIQLAMA
Normallaşma dövründə həyati əhəmiyyətli 2 QAYDA
Yeni qərarlar barədə açıqlama: "Bu məhdudiyyətlər olacaq..."
Yoluxma yenidən arta bilərmi? - Professordan açıqlama
“Açıq havada maska taxmağı tələb etməyin heç bir mənası yoxdur” – Həkim
Son günlər uşaqlar arasında yayılan xəstəlik nədir? - AÇIQLAMA
Uşaqların da tibbi maskalardan istifadə etməsi vacibdir - VİDEO
Uşaqlar maska taxmalıdır? – ÜST-dən CAVAB
TƏBİB-dən açıq havada maska AÇIQLAMASI
ÜST-dən Azərbaycanla bağlı CİDDİ XƏBƏRDARLIQ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 