Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı pandemiya şəraitində uşaqların tibbi maskadan istifadəsinin zəruri olub-olmadığı ilə bağlı məsələyə aydınlıq gətirib. ONN media xəbər verir ki, H.Harmancı ÜST tərəfindən bir araya gətirilən beynəlxalq ekspert qrupunun uşaqlarda COVİD-19 xəstəliyi və yoluxması ilə bağlı dəlilləri, uşaqların maskadan istifadəsinə dair məhdud sübutları nəzərdən keçirdiyini bildirib. “Uşaqların psixososial ehtiyacları və inkişaf mərhələləri kimi amillərə əsasən ÜST və YUNİSEF tövsiyə edir ki, 5 yaşa qədər uşaqlardan maskadan istifadə etmək tələb olunmamalıdır. Bu, uşağın təhlükəsizliyinə və ümumi marağına, eləcə də minimum yardımla maskadan istifadə etmə qabiliyyətinə əsasən verilən qərardır”, - ÜST rəsmisi vurğulayıb. H.Harmancı əlavə edib ki, ÜST və YUNİSEF 6-11 yaş arası uşaqlar üçün maskadan istifadə qərarının bir sıra amillərə əsaslanmasını tövsiyə edir: “Həmin amilləri sadalayan ÜST rəsmisi qeyd edib ki, bunlar uşağın yaşadığı ərazidə virusun geniş yayılıb-yayılmaması, uşağın təhlükəsiz və düzgün şəkildə maskadan istifadə etmə qabiliyyəti, maskalara əlçatanlıq, habelə müəyyən yerlərdə maskaların yuyulması və dəyişdirilməsi (məktəblər və uşaq baxımı xidmətləri kimi), maska taxmaq, çıxarmaq və təhlükəsiz istifadə etmək üçün uşağa yetişkin tərəfindən nəzarət və təlimat, müəllimlər, valideynlər/baxıcılar və/və ya tibb işçiləri ilə məsləhətləşərək maska taxmağın öyrənmə və psixososial inkişafa potensial təsirini müəyyənləşdirmə, uşağın ciddi xəstəliklərə tutulma riski yüksək olan yaşlılar və yanaşı xəstəliyi olan şəxslərlə ünsiyyəti və düşdüyü şəraitdir”. H.Harmancı ÜST-ün əhaliyə həmişə yerli rəsmi qurumların tövsiyələrinə əməl etməyi məsləhət gördüyünü də vurğulayıb.(trend)
Uşaqlar maska taxmalıdır? – ÜST-dən CAVAB



Harmancı Qubada çəkdirdiyi fotolara AYDINLIQ GƏTİRDİ
Şəxsi avtomobildə maska taxılmalıdır? - RƏSMİ AÇIQLAMA
Şəxsi maşında maska taxmaq məcburidir?- Rəsmi
BNA tibbi maskadan istifadə ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ
Avtomobillərdə maskadan istifadə... - Açıqlama
Doğum evlərində süni uşaq qidaları satılır?
Tibbi maska taxmaq məcburi olur?
İlham Əliyev tibbi maska taxdı
Azərbaycanda açıq məkanlarda maskadan istifadə yenidən MƏCBURİ OLACAQ
Bundan sonra da pandemiyalar olacaq - HANDE HARMANCI
Maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi
Buna görə cərimə tətbiq edilməlidir- Baş infeksionist
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 