Bir müddət öncə ölkə mətbuatında təxminən il yarım əvvəl Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun Azərbaycan dövlətinin suveren ərazisinin təxminən 21 hektarını İran bağışlaması barədə məlumat yayılmışdı.
İddia olunur ki, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İranla Azərbaycanın dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilib. Həmin istiqamətdə Araz çayının əsas yatağının önü kəsilərək çay suyu Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Nəticədə 21 hektardan artıq torpaq sahəsi qonşu ölkənin ərazi hüdudlarına daxil edilib.
Hətta bununla bağlı Quql Yer (Google Earth) proqramındakı xəritədən də nümunə göstərilmişdi.
Amma bu proqrama diqqətlə nəzər yetirdikdə nəinki İrana hər hansı ərazinin verilmədiyi, hətta cüzi təbii dəyişikliyin belə baş vermədiyi açıq görünür. Quqlun təqdim etdiyi xəritədə Azərbaycanla İran arasındakı sərhəd xətti aydın görünür: bu sərhəd xətti BMT-nin qərarına uyğun olaraq müəyyən edilir və dəyişdirilə bilməz. Adıçəkilən ərazinin də sərhəd xəttindən aşağıda – yəni inzibati olaraq İran dövlətinə məxsus olması qeyd olunub. İrana bağışlandığı iddia olunan ərazi iki su hövzəsinin arasında qalan quru parçasıdır. O da beynəlxalq qanunlara görə İran ərazisidir.
Quql sərhədləri BMT nizamnamələri çərçivəsində təqdim etdiyindən Talıbovun 21 hektarlıq payını xəritədə qeyd etməsi mümkünsüzdür. Yəni, bu proqram sərhədləri təqdim edərkən, heç bir qərəzə yol vermir. Məsələn, proqramın təqdim etdiyi xəritədə Qazax rayonunun Ermənistan ərazisində qalan 7 kəndinin hamısı Azərbaycanın ərazisi kimi göstərilib.
Digər bir məqam isə Azərbaycan dövlətinin bu məsələyə münasibət bildirməməsidir. Təsəvvür edin, ölkənin suveren ərazisinin 21 hektarı Vasif Talıbov tərəfindən İrana bağışlanır, Ermənistanla hər qarış torpaq uğrunda mübarizə aparan Azərbaycan hökuməti isə buna göz yumur?
Mümkünsüzdür//axar.az



Vasif Talıbov İrana torpaq satıb?- İDDİALARA CAVAB
Naxçıvan Ali Məclisinin bu gün keçirilən iclasında nələr baş verdi?- ŞOK İDDİA
Vasif Talıbova AĞIR İTKİ
Vasif Talıbovun daha bir vəzifəsi əlindən alındı
Vasif Talıbov ölkədən qaçdı?- ŞOK İDDİA
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
SON DƏQİQƏ: Vasif Talıbovun istefa xəbəri yayıldı
Vasif Talıbov generalı işdən çıxardı
Vasif Talıbov Zakari Qrosla görüşdü
Vasif Talıbov istefa verib?- Köməkçisi açıqladı
Vasif Talıbovun istefa səbəbi açıqlandı
Vasif Talıbovun oğlu vəzifəsindən azad olunub?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 