“Azərbaycanda doqquz mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir”.
ONN media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, çoxmərtəbəli yaşayış binalarının tikintisinin dayandırılması üçün plan hazırlanıb.
“Məndə olan məlumata görə, dövlətin bununla bağlı planları var. Plana əsasən, ölkə ərazisində doqquz mərtəbədən hündür binalar tikilməyəcək. Azərbaycan və Türkiyə seysmik zonada yerləşdikləri üçün bu cür qərarların verilməsi normal haldır. Həmçinin, binaların tikintisi zamanı elə mexanizm qurulmalıdır ki, Yaponiyada olduğu kimi, dağıdıcı zəlzələlərə dözümlü olsun. Bütün bu kimi məsələlərə ciddi nəzarət olunmalıdır”, - deyə Vahid Əhmədov bildirib.
Deputat onu da vurğulayıb ki, Bakının Baş planı təsdiq olunmalıdır:
“Bu, ona görə lazımdır ki, kim harada gəldi bina tikməsin. Bir neçə il bundan əvvəl Prezident İlham Əliyev bununla bağlı göstəriş vermişdi. Hətta o zaman mövzu ilə bağlı təqdimat da oldu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təcili şəkildə Baş planı təsdiq etməlidir. Burada yalnız ev tikintisindən deyil, park və küçə layihələrinin də hazırlanmasından söhbət gedir. Azərbaycanda binaların zəlzələyə dözümlü olması ilə bağlı nəzarət mexanizminə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi idarələri baxır. Bu işlə məşğul olanlar kifayət qədər təcrübəli insanlardır. Binaların tikintisində mexanizmi elə qurmaq lazımdır ki, heç kim layihədən kənara çıxmasın. Aldığım məlumata görə, Azərbaycanda bu istiqamətdə işlər aparılır”.
Qeyd edək ki, Türkiyədə 45 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra Azərbaycanda çoxmərtəbəli binaların tikintisinin dayandırılması barədə bir çox təkliflər irəli sürülüb



Yeni normalar təsdiqləndi: BUNDAN SONRA...
17 yaşlı qız 7-ci mərtəbədən yıxıldı - VƏZİYYƏTİ AĞIRDIR
Yeni güzəştli mənzillər tikiləcək - TENDER
Deputatdan təklif: “Bakıda köhnə beşmərtəbəli binalar sökülsün
5 mərtəbəli binalar SÖKÜLƏCƏK?
Yaşayış binaları ilə bağlı yeni qayda: sakinlərə yeni imkan
Dünyanın ən hündür bayraq dirəyi Azərbaycana gətirildi
DYP- Ciddi əməl edin!
Paytaxt və rayonlarda bu binalar sökülür - Açıqlama
Yaponiyada ölkənin ən hündür göydələninin tikintisinə başlanılıb
Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ- Binalar sökülür
Eldar Əzizov Bakıda qəzalı binaların taleyi barədə açıqlama verib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 