Arıqlamaq istəyən insanların əsas problemi iştahadır. İştaha ilə neçə mübarizə aparmaq olar? Aşağıda verilən sadə məsləhətlər sizə bu işdə kömək edə bilər.
1. Ac qalmayın. Aclıq insan orqanizmində müəyyən qoruyucu mexanizmləri işə salır ki, nəticədə aclıqdan çıxan insan daha çox qida qəbul etməyə başlayır.
2. Rasionunuzda sellülozla zəngin olan məhsulların həcmini artırın. Bu məhsullar insanda toxluq hissini uzadır və nəticədə iştahanı azaldır. Sellülozun əsas mənbələri: meyvə (alma, armud, şaftalı, gavalı və s.) və tərəvəzlərdir.
3. Yüksək qlikemik indeksi olan qidaların qəbulu (mayalı və qat-qat xəmirdən olan un məmulatları, tortlar, pirojnalar, kola, limonad, kartof, konfet və südlü şokolad, uzun düyü, çipsi və s.) qanda qlyükozanın səviyyəsinin kəskin yüksəlməsinə və daha sonra kəskin enməsinə səbəb olur. Qlyükozanın səviyyəsi aşağı düşməsi insanın iştahasının artmasına gətirib çıxarır.
Aşağı qlikemik indeksi olan məhsullar isə (alma, armud, şaftalı, göbələk, yaşıl tərəvəzlər, yağsız ət, balıq, yumurta, acı şokolad və s.) əksinə iştahanı azaldır.
4. Tez-tez və az miqdarlarda qida qəbul edin. Bu iştahanın azalmasına gətirib çıxarır.
5. Qida qəbul etdikdə tələsməyin, hər tikəni yavaş-yavaş çeynəyin. Bu halda toxluq hissin yaranması üçün sizə daha az miqdarda qida lazım olacaq.
6. Bildiyimiz kimi, yeməyin görünüşü və qoxusu insanda iştahanı artırır. Bu səbəbdən daha sadə qidalara (məsələn, şorba, tərəvəz püresi və s.) üstünlük verin.
7. Yeməyi kiçik boşqaba çəkin. Bu sadə psixoloji üsul çox yaxşı nəticələr verir



Tez-tez acmaq, daim yemək istəmək: Ciddi səbəblər ÜZƏ ÇIXDI
Şirniyyat cazibədarlığı azaldırmış
Bağırsaqlar üçün ən ziyanlı və ən faydalı QİDALAR
Bu qidalar infarktın qarşısını alır - SİYAHI
Gözlərimizin nurunu alan QİDALAR
Səhər yeməyinin faydaları nələrdir?
Möcüzəvi alma sirkəsi - ürəyi sağlam edir, arıqladır, gözəlləşdirir...
Diyetoloqdan XƏBƏRDARLIQ - Zəhərlidir, xəstəliklər yaradır
Azərbaycan meyvələrini Rusiyaya buraxmadılar - SƏBƏB?
Ramazanda düzgün qidalanmağın yolları
Yalnız bu məhsullardan imtina edin və arıqlayın. Mütəxəssis TÖVSİYƏ EDİR
Öd kisəsi üçün hansı məhsullar xeyirlidir?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 