Mədəniyyət Nazirliyi Oqtay Əliyevin ölümü ilə bağlı nekroloq yayıb.
ONN media xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə itki üz verib. Əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Əliyev 22 mart 2023-cü il tarixində avtomobil qəzasında vəfat edib.
Oqtay Vidadi oğlu Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. 1985-ci ildə İrəvan şəhəri M.F.Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram rejissoru fakültəsində təhsil alıb.
1983-1985-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 1989-1994-cü illərdə Bakı Şəhər Mədəniyyət İdarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan Televiziyasında "Virtuoz" adlı layihənin prodüseri kimi fəaliyyət göstərib.
1990-cı ildə "Ər və arvad" (M.Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (P.Pançiyev) pyeslərinin quruluşçu rejissoru və yaxud ssenari müəllifi olub. O, 1995-ci ildə A.Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub.
Oqtay Əliyev 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb.
İstedadlı sənət adamı, səmimi insan Oqtay Əliyevin əziz xatirəsi qəlblərdə yaşayacaq".
Mədəniyyət Nazirliyinin kollektivi Oqtay Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!



Oqtay Əliyev ilə vida mərasimi keçirilir
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq yayıb
Xalq artisti Vaqif Əsədov vəfat etdi
Oqtay Əliyevin ən böyük arzusu nə idi?- KİÇİK ARAŞDIRDMA
Azərbaycanlı tanınmış aktyor və rejissor vəfat edib – FOTO
Nazirlik Səyyad Əlizadənin ölümü ilə bağlı nekroloq yaydı
Xalq artisti Vaqif Əsədovla vida mərasimi başa çatıb - YENİLƏNİB
20 avqust Aydın Qaradağlının doğulduğu gündür
Mədəniyyət Nazirliyi Xalq artisti Arif Quliyevin vəfatı ilə bağlı nekroloq yayıb
60 illik yubileyləri münasibətilə teatr sahəsində çalışanlar mükafatlandırıldı
Azərbaycanda əməkdar artist vəfat edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 