Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleymini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-dən ONN media-ya verilən məlumata görə, Səfir Müsadi bin İbrahim əs-Süleymi ölkəmizə keçirilən prezident seçkilərində Azərbaycan xalqı tərəfindən Prezident İlham Əliyevin seçilməsi münasibətilə təbrik etdi. Səfir ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırdı.
Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğu qeyd olunaraq, iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafında əldə olunan nailiyyətlərin məmnunluq doğurduğu vurğulandı. Qeyd olundu ki, keçən il 35.000-dən artıq Səudiyyə Ərəbistanı vətəndaşı ölkəmizə səfər edib və hava daşımaları sahəsində sazişin imzalanması və birbaşa hava uçuşları vasitəsilə cari ildə bu göstərəci daha da artacaq.
Nazir Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ardıcıl mövqeyinin, Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırdı. Nazir 90-cı illərin əvvəllərində, Azərbaycan üçün xüsusilə çətin vaxtlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə Səudiyyə Ərəbistanı Krallığı tərəfindən göstərilən humanitar yardımın heç zaman unudulmadığını vurğuladı.
Səfir Müsadi bin İbrahim əs-Süleymi Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin ardıcıl surətdə davam edəcəyini qeyd edərək, fəaliyyət göstərdiyi müddətdə ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün ona göstərilən dəstəyə görə təşəkkür etdi.



XİN başçısı İordaniyanın Azərbaycandakı səfirini qəbul etdi
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident Səudiyyə Ərəbistanı səfirinin etimadnaməsini qəbul edib
Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Gürcüstanın ölkəmizdəki səfirlərini qəbul etdi
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında saziş təsdiqlənib
Elmar Məmmədyarov ABŞ səfirini qəbul etdi
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatdı
XİN başçısı yeni səfirlə görüşdü
Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açacaq
Məmmədyarov yeni səfirlə görüşdü
Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki... - Prezident
Elmar Məmmədyarov Əfqanıstanın yeni Səfirini qəbul edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 