Yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi aprelin 18-də keçiriləcək.
ONN media Trend-ə istinadən xəbər verir ki, Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov qeyd edib ki, Konstitusiyanın tələblərinə əsasən, Prezidenin andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti istefa verir:
"Bundan sonra Nazirlər Kabinetinin formalaşdırılması Konstitusiya üzrə Prezidentin üzərinə qoyulmuş vəzifədir. Prezident öz istəyinə və görüşlərinə uyğun şəkildə bu vəzifəni icra edəcək və Konstitusiyaya müvafiq olaraq yeni Nazirlər Kabinetini formalaşdıracaq".
Qeyd edək ki, bu gün Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclası keçirilib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev prezident seçkilərinin nəticələrini təsdiq edib və bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. İlham Əliyev səslərin 86,02 faizini topladığı üçün prezident elan edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.



Sabah Nazirlər Kabineti istefa verəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib- YENİLƏNİB 2
Prezident seçkiləri ilə bağlı iclas keçirilir
Prezident İlham Əliyev and içdi (YENİLƏNİR)
Konstitusiya məhkəməsi bugün yekun qərar verəcək
İlham Əliyev nə vaxt and içə bilər?
Gözlər KM- də- Mühüm qərar gözlənilir
Nazirlər Kabineti istefa verdi
Kanstitusiya məhkəməsi hansı dairələri ləğv edəcək? - AÇIQLAMA
MÜHÜM FƏRMAN: Nazirlər Kabinetinin Aparatında İKİ MÜAVİN olacaq
Hökumət bu ay hesabat verəcək?
Prezident seçkilərinə aprelin 21-dək yekun vurulacaq- MSK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 