Sosial şəbəkələrdə səkinin zəbt edilməsi hesabına Nərimanov rayonu Təbriz küçəsindəki yaşayış binasının qarşısında parklanma yerinin yaradılması ilə bağlı məlumatlar yayılıb.
ONN media xəbər verir ki, məlumatda sakinlərin hələ ilin əvvəlində aidiyyəti orqanlara sözügedən ünvanda ağacların əkilməsi və səkinin yenidən qurulması ilə bağlı müraciət etdiyi bildirilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məsələ ilə bağlı məlumat yayaraq ərazidə monitorinq keçirildiyini açıqlayıb.
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nəriman Nərimanov rayonu, Təbriz küçəsində şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib.
Baxış zamanı müəyyən edilib ki, sözügedən ünvanda parklanma yerinin yaradılması qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayıb. Aşkar edilmiş faktla əlaqədar Baş İdarə tərəfindən səkilərin dərhal bərpası və ictimai ərazinin vətəndaşların istifadəsinə verilməsinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verilib", - məlumatda qeyd olunub.



Söküntü işləri dayandırıldı- SƏBƏB NƏDİR?
Bakıda qeyri-qanuni tikinti dayandırıldı
Azad edilmiş kəndlərin layihələrini bu qurum hazırlayacaq
Baş nazir Novruz Məmmədov Dövlət Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edib
Sadıqovla bağlı sərəncam verildi
31 min 351 mənzilin istismarına icazə verildi
Bakıda 3 mərtəbə əvəzinə 5 mərtəbə tikmək istəyənlərin qarşısı alınıb
İlham Əliyev FƏRMAN İMZALADI
İlham Əliyev sərəncam imzaladı
Abutalıbovun bu sərəncamı ləğv edilə bilər?- AÇIQLAMA
Baş Prokurorluq: Qanunsuz tikililərlə bağlı tədbirlər həyata keçirilir
Bakıda qanunsuz inşa edilən 16 mərtəbəli binanın tikintisi dayandırılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 