Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi əsassız iddialara dair şərh edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə mətbuat konfransında səsləndirdiyi əsassız iddiaları pisləyirik:
"Təəssüf ki, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olan problemlərin aradan qaldırılmasına çalışmaq əvəzinə, Azərbaycanı sülhdə maraqlı olmayan ölkə kimi qələmə verməklə manipulyasiya ilə məşğul olur.
Xatırladaq ki, qonşusuna qarşı təcavüzə başlamış, həm Ermənistandan, həm də 30 ilə yaxın müddətdə işğal etdiyiərazilərdən bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoymuş, qırğınlar törətmiş, şəhər və qəsəbələri yerlə-yeksan etmiş ölkə Azərbaycan deyil, Ermənistan olub. Azərbaycan heç vaxt Ermənistana qarşı işğalçılıq siyasəti aparmayıb və regionu qarşıdurma zonasına çevirən belə bir vəziyyətin yaranmasında maraqlı olmayıb.
Hətta Ermənistan xarici işlər nazirinin Ermənistanın sülh müqaviləsi layihəsinin ən son versiyası ilə razılaşaraq, mətn layihəsi üzrə danışıqların yekunlaşmasına yol açması ilə bağlı açıqlaması da bu ölkənin son iki il yarım ərzində danışıqların mətninə qəbuledilməz təkliflər irəli sürməklə prosesə necə mane olduğunu nümayiş etdirir. Məhz Azərbaycan diplomatiyası və tədbirləri bizə mətn üzrə danışıqları yekunlaşdırmağa imkan verib".
Azərbaycan XİN-in məlumatında qeyd edilib ki, lheç bir halda bizim Ermənistanın konstitusiyasında təsbit olunmuş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarına, eləcə də Ermənistanın keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və ATƏT-in aidiyyəti qurumlarını qorumağa çalışan hərəkətlərinə etinasız yanaşacağımız anlamına gəlməməlidir:
"Bir daha bildiririk ki, Ermənistan mövcud çətinlikləri aradan qaldıran zaman müqavilə imzalanmağa hazır olacaq.
Ermənistanın xarici işlər naziri və digər rəsmi şəxsləri kommunikasiyalar və “silahlara nəzarət mexanizmləri” ilə bağlı qondarma təkliflərinə Azərbaycanın müsbət cavab vermədiyini bildirəndə belə görünür ki, Ermənistan tərəfi ya Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı şərhlərini izləmir, ya da nanəciblik, diqqət, təsdiq və ya başqalarını manipulyasiya etmək istəyindən əziyyət çəkir.
Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum olunmuş erməni əsilli məhbusların azadlığa buraxılması çağırışlarına gəldikdə, vurğulayırıq ki, cinayətləri Cenevrə Konvensiyalarına və ümumilikdə beynəlxalq hüquq və daxili qanunlara əsasən araşdırmaq və mühakimə etmək Azərbaycanın ayrılmaz hüququ və öhdəliyidir.
Əgər Ermənistan həqiqətən də mövcud humanitar problemlərin həllində maraqlıdırsa, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarını təmin etməli, 4000-ə yaxın itkin düşmüş azərbaycanlının yeri barədə məlumat verməli, Azərbaycan ərazilərində kütləvi şəkildə yerləşdirdiyi mina xəritələrinin təqdim edilməsində əməkdaşlıq etməlidir".
Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq



“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü razılaşdırılıb”
Xarici İşlər Nazirliyi daha bir rəsmi məlumat yaydı
Daha bir ölkə Ermənistana nota verdi
Bayramov və Mirzoyan görüşəcək?- Rəsmi
XİN rəsmi məlumat yaydı
Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün vaxtı açıqlanıb
Mirzoyan Parisə gedir
XİN rəsmi məlumat yaydı
Mirzoyan və Çavuşoğlu arasında nə müzakirə olundu?
Ermənistan xarici işlər naziri Türkiyəyə səfər edəcək
Azərbaycan XİN-dən Mirzoyana cavab
Rəsmi Bakıdan Ermənistan XİN-ə SƏRT CAVAB
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 