Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı 14 noyabr tarixində, təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində "İsgəndər" tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.
Son partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib.
Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırlanıb. Xüsusilə, 2022-ci il 10 mart tarixində Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib.
Bununla yanaşı, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən "Xəncər" raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yarandığı və yer səthindən 8 metr dərinlikdə detonasiya baş vermədiyi üçün partlamamış sursat aşkar edildiyi bildirilib.
2025-ci il avqustun 28-də isə Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, səfirin rezidensiyasının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb.
Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı, infrastruktura böyük zərər vurulduğu xatırlanıb.
Bütün bu faktların, raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb.
Eyni zamanda, bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb.
Görüşdə diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbiledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.
Azərbaycan Rusiyaya nota verdi



Səfirliyimizə hücum edildi: XİN-dən açıqlama
Azərbaycan XİN Fransaya nota verdi
Finlandiya Rusiyaya nota verdi
Polşa Rusiyaya nota verdi
Azərbaycan Fransaya NOTA VERDİ
Azərbaycan Fransaya nota verdi
Azərbaycan Fuad Abbasova görə Rusiyaya nota verdi
Səfir XİN-ə çağırıldı, Fransaya NOTA VERİLDİ
Türkiyə Yunanıstana NOTA VERDİ
Ermənistan Rusiyaya nota verdi
Polşa Rusiyaya NOTA VERDİ
Rəsmi Bakıdan Rusiyaya nota!- İŞİMİZƏ QARIŞMA!
Əli Əsədov yeni qərar imzaladı
Azərbaycanda güclü zəlzələ: Dağıntı var?
Hadrut və Qırmızı Bazara növbəti köç oldu
Azərbaycanda güclü zəlzələ oldu
Kənan Doğulu və Beren Saat sərbəst buraxıldı
DÇ-2026: Futbol həyəcanı ölümə səbəb oldu
Temperatur 35 dərəcəyə yüksələcək
Böyük yazıçı İsa Muğannanın doğumundan 98 il ötür
Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
İlham Əliyev Putini təbrik etdi
Saqqızda 21 yaşlı gənc minaya düşdü
DYP məzunlara və valideynlərə müraciət etdi
Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
Səhər acqarına sarımsaq udmaq nəyə xeyirdir?
Pensiyaçılara şad xəbər 