"Təhsil müəssisələrində və kütləvi tədbirlərin keçirildiyi məkanlarda “Son zəng” və “Məzun günü” tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq avtomobil yollarında hərəkətin intensivliyinin və nizamsız parklama ehtimalının artacağı gözlənilir. Belə vəziyyətdə nəzərə almaq lazımdır ki, yollarda hadisə yerinə tələsən xüsusi təyinatlı texnikalara, o cümlədən yanğınsöndürmə və xilasetmə avtomobillərinə yol verilməməsi, habelə nizamsız parklama baş verən yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün həmin nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına çətinlik törədir.
ONN media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “Son zəng”lə bağlı sürücülərə müraciətində bildirilib.
“Həmçinin, tikililərin giriş və həyətyanı ərazilərində, eləcə də avtomobil yollarının hərəkət hissəsində, yanğına qarşı su təchizatı sistemlərinə gedən yollarda və onların bilavasitə yaxınlığında avtomobillərin park edilməsi, habelə parklama ərazilərindəki nizamsızlıq və pərakəndəlik fövqəladə hadisə zamanı texnikaların operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə mane olur, yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edərək onları müvafiq qaydalara riayət etməyə çağırır.
Belə ki, avtonəqliyyat vasitələrinin sürücüləri yollarda operativ nəqliyyat vasitələri olan yanğınsöndürmə və xilasetmə avtomobillərinə dərhal yol verməli, həmçinin avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Xatırladırıq ki, avtomobil yollarında yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşımaqla yanaşı, yanğın, qəza və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə həm də mənəvi məsuliyyət daşıyırlar”, - məlumatda bildirilib.



FHN bu sürücülərə müraciət etdi
FHN sürücülərə müraciət etdi
FHN əhaliyə xəbərdarlıq etdi
FHN bu sürücülərə müraciət etdi
FHN sürücülərə çağırış etdi
FHN bununla bağlı müraciət etdi
DYP sürücülərə müraciət etdi
DİN "Son Zəng"lə bağlı müraciət etdi
SON DƏQİQƏ: Bakıda bazarda güclü yanğın başladı, yollar bağlandı
Bakının mərkəzində yanğınsöndürənlərin hərəkəti mümkünsüz oldu
Yol polisi sürücülərə və piyadalara XƏBƏRDARLIQ ETDİ
DYP-dən əlverişsiz hava ilə bağlı sürücülərə müraciət
Böyük yazıçı İsa Muğannanın doğumundan 98 il ötür
İlham Əliyev Putini təbrik etdi
Saqqızda 21 yaşlı gənc minaya düşdü
DYP məzunlara və valideynlərə müraciət etdi
Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
Səhər acqarına sarımsaq udmaq nəyə xeyirdir?
Pensiyaçılara şad xəbər
DÇ-2026: Daha 2 maraqlı oyun..
Neft kəskin ucuzlaşdı
Günün qoroskopu: Müzakirə etməkdən yayının
Pakistanda etirazlar: 15 nəfər öldürüldü
Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
Prezident onlara yüksək vəzifə verdi
Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı 