Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib.
Bu barədə İdarədən məlumat verilib.
Bildirilib ki, bəzi hallarda məzunlar və yeniyetmələr "Son zəng" günü valideynlərinə, qohumlarına və ya digər şəxslərə məxsus nəqliyyat vasitələrini idarə etməyə cəhd göstərir, yaxud onlara bu cür imkan yaradılır:
"Belə məsuliyyətsiz davranışlar isə əksər hallarda ağır yol-nəqliyyat hadisələri, insan itkisi, yaxud digər faciələrlə nəticələnir.
Xatırladırıq ki, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmək, habelə avtomobilin sürücülük hüququ olmayan şəxslərə etibar edilməsi yolverilməzdir. Belə hallar təkcə qanunvericiliyin tələblərinin pozulması deyil, həm də insanların həyat və sağlamlığını ciddi təhlükə altına qoyan hərəkətlərdir.
Eyni zamanda bildiririk ki, skuterlərin idarə edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddi, moped və motosikletlərin idarə edilməsi üçün isə müvafiq sürücülük hüququ tələb olunur. Bu nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə zidd şəkildə idarə edilməsi, eləcə də onlardan təhlükəli və nümayiş xarakterli hərəkətlər üçün istifadə olunması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər".
Məlumatda idarə valideynlərə müraciət edərək onları övladları üzərində nəzarəti daha da gücləndirməyə, həyat və sağlamlığı təhlükə altına qoya biləcək davranışların qarşısını vaxtında almağa çağırır:
"Unutmaq olmaz ki, diqqətsizlik və ya səhlənkarlıq nəticəsində baş verən hadisələr sonradan ağır peşmançılıq doğuran, bəzən isə geri dönüşü olmayan nəticələrə səbəb olur.
Eyni zamanda, avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, nəqliyyat vasitələrini sürücülük hüququ olmayan şəxslərə təqdim etməməyə çağırırıq".
Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, "Son zəng" tədbirləri ilə əlaqədar ümumtəhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, məzunların daha çox toplaşdığı məkanlarda və hərəkətin intensiv olduğu istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə xidmət gücləndirilmiş rejimdə təşkil ediləcək, zəruri nəzarət-profilaktik tədbirlər həyata keçiriləcək.



Yol polisindən "Son Zəng"lə bağlı xəbərdarlıq
Maşınınızı azyaşlı övladlarınıza verməyin!
DYP bu şəxslərə müraciət etdi
Sürücülər bu məqama görə cərimələnə bilərlər?
DİQQƏT- Valideynlər, avtomobilləri məzunlara həvalə etməyin
DİN "Son Zəng"lə bağlı məlumat verdi
Yol polisi avtomobili nasaz olan sürücülərə müraciət edib
DYP bu şəxslərə xəbərdarlıq etdi
Sürücülərə VACİB XƏBƏRDARLIQ
DYP bu sürücülərə müraciət etdi
DYP bu şəxslərə xəbərdarlıq etdi
Zaqatalada 3 məktəblini maşın vurdu- ÖLƏNLƏR VAR
Böyük yazıçı İsa Muğannanın doğumundan 98 il ötür
Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
İlham Əliyev Putini təbrik etdi
Saqqızda 21 yaşlı gənc minaya düşdü
Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
Səhər acqarına sarımsaq udmaq nəyə xeyirdir?
Pensiyaçılara şad xəbər
DÇ-2026: Daha 2 maraqlı oyun..
Neft kəskin ucuzlaşdı
Günün qoroskopu: Müzakirə etməkdən yayının
Pakistanda etirazlar: 15 nəfər öldürüldü
Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
Prezident onlara yüksək vəzifə verdi
Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı 