Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsa Muğannanın anadan olmasının 98-ci ildönümüdür.
İsa Muğanna (İsa Mustafa oğlu Hüseynov) 1928-ci il iyunun 12-də Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.
O, əvvəlcə Nəriman Nərimanov adına Tibb İnstitutuna qəbul olsa da, qısa müddət sonra təhsilini yarımçıq qoyaraq doğma kəndinə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb, daha sonra isə Xalq yazıçısı Mehdi Hüseynin tövsiyəsi ilə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib.
İsa Muğanna əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlayıb. Müxtəlif illərdə "Literaturnıy Azerbaydjan" jurnalında, "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Kinematoqrafiya Komitəsində məsul vəzifələrdə çalışıb.
Yazıçının ədəbi fəaliyyəti 1948-ci ildən başlayıb. İlk oçerki "Anadil ötən yerdə" 1949-cu ildə çap olunub. Sonrakı illərdə "Bizim qızlar", "Yanar ürək", "Doğma və yad adamlar", "Tütək səsi", "Məhşər", "İdeal", "Qəbiristan", "Cəhənnəm", "İsahəq-Musahəq" və digər əsərləri ilə Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoyub.
Onun ssenariləri əsasında çəkilmiş "Nəsimi", "Ulduzlar sönmür", "Qərib cinlər diyarında" və digər filmlər Azərbaycan kinosunun dəyərli nümunələri sırasında yer alır.
İsa Muğanna yaradıcılığı ilə müasir Azərbaycan nəsrinin inkişafına mühüm töhfələr verib. Əsərlərində milli-mənəvi dəyərləri, tarixi hadisələri və insan talelərini özünəməxsus bədii üslubda əks etdirən yazıçı Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri kimi qəbul olunur.
Onun ədəbi və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. İsa Muğanna Xalq yazıçısı fəxri adına layiq görülüb, Dövlət mükafatı, "İstiqlal" ordeni və digər yüksək mükafatlarla təltif edilib. Prezident İlham Əliyevin sərəncamı ilə yazıçının 90 illik yubileyi ölkə səviyyəsində geniş qeyd olunub.
İsa Muğanna 2014-cü il aprelin 1-də, 85 yaşında Bakıda vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub. Onun zəngin ədəbi irsi bu gün də Azərbaycan oxucuları tərəfindən böyük maraqla oxunur və öyrənilir.



12 iyun İsa Muğannanın doğulduğu gündür
12 iyun İsa Muğannanın doğulduğu gündür
12 iyun İsa Muğannanın doğulduğu gündür
1 aprel İsa Muğannanın vəfat etdiyi gündür
Ürəklərdə özünə mənəvi heykəl ucaltmış-İsa MUĞANNA
1 aprel İsa Muğannanın vəfat etdiyi gündür
12 mart Cabir Novruzun doğulduğu gündür
Bu gün Cabir Novruzun doğulduğu gündür
20 fevral Əliağa Kürçaylının doğulduğu gündür
20 fevral Əliağa Kürçaylının doğulduğu gündür
Qaldı arxada artıq ömrün xöşbəxt illəri - Əliağa Kürçaylı
Osman Sarıvəllini UNUTMADIQ!
Daha bir nazirlikdən “Son zəng”lə bağlı müraciət
İlham Əliyev Putini təbrik etdi
Saqqızda 21 yaşlı gənc minaya düşdü
DYP məzunlara və valideynlərə müraciət etdi
Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?
Səhər acqarına sarımsaq udmaq nəyə xeyirdir?
Pensiyaçılara şad xəbər
DÇ-2026: Daha 2 maraqlı oyun..
Neft kəskin ucuzlaşdı
Günün qoroskopu: Müzakirə etməkdən yayının
Pakistanda etirazlar: 15 nəfər öldürüldü
Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
Prezident onlara yüksək vəzifə verdi
Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı 