Ermənistandakı seçkilərə qədər "Sülh Körpüsü" çərçivəsində bir neçə görüş planlaşdırılır.
Bunu ONN media-ya açıqlamasında "Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşündə iştirak etmiş Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov bildirib.
O, qeyd edib ki, may-iyun ayına qədər ortaq bir neçə layihə icra etmək fikirlərinin olduğunu qeyd edib:
“Sülh körpüsü ilə bağlı olaraq, indiki mərhələdə vaxt çərçivəmiz may-iyul aylarını əhatə edir. Çünki Ermənistanda mayda seçki hazırlığı, iyunda isə seçki baş tutacaq. Buna görə də, həmin dövr ərzində ciddi iş görməyimiz çətinləşir. Ona görə də may-iyun aylarına qədər daha bir neçə görüş keçirmək, sülh mesajını hər iki cəmiyyətin daha böyük qisminə, media qurumlarına, beyin mərkəzlərinə çatdırmaq mümkün olsa, ortaq bir neçə layihə etmək fikrimiz var”.
Qeyd edək ki, 13-14 fevral tarixində "Sülh Körpüsü” təşəbbüsü çərçivəsində görüşü olub. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşü baş tutub. Bu dəfə təşəbbüsün hər iki tərəfdən ümumilikdə 39 nəfər görüşə qatılıb. Azərbaycan nümayəndə heyəti delimitasiya və demarkasiya olunmuş quru sərhədini keçərək Ermənistana daxil olub. Sərhəd keçidi sərhəd və gömrük nəzarəti prosedurlarına uyğun həyata keçirilib, həmçinin mövcud COVID məhdudiyyətləri ilə bağlı xüsusi icazə alınıb.
Proqrama əsasən, Azərbaycan nümayəndə heyəti Ermənistanda təxminən 35 saat olub. Bu müddət ərzində 4 saat yol və mehmanxanaya yerləşmə, 4 diskussiya sessiyası, iki rəsmi görüş, mətbuat konfransı və davamlı qeyri-formal dialoq təşkil edilib.



19 azərbaycanlı 20 erməni ilə nələri müzakirə edir? - VİDEO
Azərbaycanda orta aylıq əmək haqqı artdı
Sülh müqaviləsi hazırdır bəs nə vaxt imzalanacaq?
Sülh mətni razılaşdırılıb bəs İrəvan niyə savaşa hazırlaşır?
Bayramov və Mirzoyan arasında danışıqlar neçə gün davam edəcək?
Hazır olmalıyıq, İrəvan təxribatlar törədə bilər!
Ermənistanla sülh müqaviləsinin imzalanması... - Kalın
Siz bu torpaqlara heç vaxt sülh gətirməmisiz – Cavid İSMAYIL yazır
Əsgərimizin yaralanmasına XİN-dən reaksiya
Zəngəzur dəhlizi nə zaman fəaliyyətə başlayacaq?
Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək
Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 