Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Mavriki Respublikasının Prezidenti Daramber Qoxul ilə görüşüb.
ONN media xəbər verir ki, WUF13 tədbirində iştirak etdiyinə görə Mavriki Prezidentinə təşəkkürünü bildirən dövlətimizin başçısı onun səfərinin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparmaq baxımından da yaxşı imkan yaratdığını dedi.
Prezident İlham Əliyev siyasi münasibətlərimizin səviyyəsindən məmnunluğunu bildirdi.
Mavriki Prezidenti bu tədbirə dəvətə görə dövlətimizin başçısına təşəkkür etdi. Daramber Qoxul ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini müzakirə etmək baxımından da səfərinin roluna toxundu.
Bakıya səfəri çərçivəsində ASAN Xidmət mərkəzini ziyarət etdiyini deyən Mavriki Prezidenti oradakı şəraitin onda zəngin təəssürat hissi yaratdığını bildirdi və ölkəsində də bu cür təcrübənin tətbiqində maraqlı olduğunu vurğuladı.
ASAN modelinin yaradılması ilə əlaqədar Azərbaycanın müxtəlif dövlətlərlə əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, bu xüsusda ölkəmiz Mavrikiyə də dəstək verməyə və təcrübəsini bölüşməyə hazırdır.
Qonaq WUF13 kimi qlobal səviyyəli tədbirin Azərbaycanda keçirilməsinin önəmini vurğuladı.
Daramber Qoxul Mavrikidən olan tələbələrə verilmiş təhsil təqaüdləri ilə bağlı Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi, gələcəkdə bunun daha da artırılması imkanlarına baxılmasını xahiş etdi.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığına toxunuldu, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların tərəfdaşlığın genişləndirilməsi baxımından rolu vurğulandı. İqtisadiyyat, sərmayələr, enerji, o cümlədən bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.



İlham Əliyev İranın xarici işlər naziri qəbul etdi
İlham Əliyev Polşa prezidenti ilə görüşüb
Prezident Leo Dokertini qəbul etdi
Azərbaycan Prezidenti İsveçrənin yeni səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev Davosda Latviya prezidenti ilə görüşdü
Prezident yeni səfiri qəbul etdi
İlham Əliyev Özbəkistanın baş nazirini qəbul etdi
Prezident Mehdi Sənayini qəbul etdi
İlham Əliyev Çində Şahbaz Şəriflə görüşdü
İlham Əliyev Edmondo Çiriellini qəbul etdi
Prezident İqor Sergeyenkonu qəbul etdi
Prezident Sərdar Ayaz Sadiqi qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 