Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edib.
ONN media xəbər verir ki, dövlətimizin başçısı Leo Dokertinin Azərbaycana səfərinin ikitərəfli, eləcə də regional gündəliyin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.
Azərbaycanın gözəl bir ölkə olduğunu qeyd edən Leo Dokerti səfərindən məmnunluğunu ifadə etdi, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olmasından qürur hissi duyduğunu vurğuladı.
Qonaq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının regional sülh və sabitliyin təmin olunmasına hər hansı bir töhfə vermək işinə müsbət yanaşdığını dedi, uzun illərdir Azərbaycan ilə çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğu ilə fəxr etdiklərini bildirdi.
Leo Dokerti vurğuladı ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı.
Prezident İlham Əliyev iqtisadi əlaqələrimizin enerji sahəsində əməkdaşlıqdan başladığını, BP şirkəti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsaslanan işbirliyinin həyata keçirildiyini qeyd etdi.
Dövlətimizin başçısı ölkəmizə qoyulan investisiyaların bizə göstərilən inamı nümayiş etdirdiyini məmnunluqla vurğuladı.
Prezident İlham Əliyev qeyd etdi ki, BP şirkətinin uzun illər bundan əvvəl Azərbaycanda fəaliyyətə başlaması ölkəmizin iqtisadi inkişafında və respublikamızda investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayıb. Dövlətimizin başçısı hazırda Azərbaycan-BP əməkdaşlığının bərpaolunan enerji sahəsi ilə bağlı yeni mərhələyə qədəm qoyduğunu dedi və bunun region üçün çox gözəl nümunə olduğunu bildirdi.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Azərbaycan Prezidenti bir daha Leo Dokertinin səfərinin əlaqələrimizin inkişafı ilə bağlı məsələlər barədə fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətinə toxundu.
Dövlətimizin başçısı vurğuladı ki, antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam şəkildə bərpa etdi.
Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəlin olmadığını deyərək ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistan ilə dialoqa hazır olduğunu vurğuladı.
Qonaq da öz növbəsində ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu ifadə etdi.



İlham Əliyev Boris Consonu təbrik etdi
Britaniya ilə əlaqələrin 30 illiyi ilə bağlı tədbir keçirildi
İlham Əliyev Consonu təbrik etdi
İlham Əliyev Britaniyanın yeni baş nazirini təbrik etdi
Prezident gürcü naziri qəbul etdi - YENİLƏNDİ
İlham Əliyev Böyük Britaniyada səfərdədir
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev kraliça II Elizabeti təbrik edib
İlham Əliyev Britaniyanın Silahlı Qüvvələr nazirini qəbul etdi
Prezident Elin Süleymanovla bağlı sərəncam imzaladı
Prezident BƏƏ nazirini qəbul etdi - YENİLƏNDİ
İlham Əliyev Böyük Britaniya Kralını təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 