Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin şərəfinə rəsmi ziyafət verilib.
ONN media bildirir ki, Prezident İlham Əliyev Serbiya Prezidenti ilə keçirdiyi görüşlərin ölkələrimiz arasında xüsusi əməkdaşlıq formatı yaratdığını dedi. Dost və strateji tərəfdaş olan ölkələrimiz arasında bir neçə il öncə imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamənin və bu səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin çox güclü təməl üzərində qurulduğunu qeyd etdi. Prezident İlham Əliyev bundan sonra da Azərbaycan ilə Serbiya arasında müxtəlif sahələr üzrə məsləhətləşmələrin davam etdiriləcəyinə əminliyini ifadə etdi, ölkələrimizin qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan əlaqələrinin əhəmiyyətini vurğuladı.
Serbiya Prezidenti Aleksandr Vuçiç yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu deyən Serbiya Prezidenti bu münasibətlərin qarşılıqlı inama və etimada söykəndiyini bildirdi. Qeyd etdi ki, ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanlar var. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən möhtəşəm işlərin şahidi olduğunu deyən Aleksandr Vuçiç Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi üçün münbit şəraitin yaranmasının əhəmiyyətini vurğuladı.
Sonda Serbiya dövlətinin başçısı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını çatdırdı.



Vuçiç İlham Əliyevə zəng etdi
Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib
Prezident serbiyalı naziri qəbul etdi
İlham Əliyev Serbiyaya getdi
İlham Əliyevin adından Polşa prezidentinin şərəfinə ziyafət verilib
Prezident İlham Əliyevin şərəfinə ziyafət verildi
İlham Əliyev Serbiya Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB
İlham Əliyevin adından rəsmi ziyafət verildi
Azərbaycan və Serbiya arasında sənədlər imzalandı
İlham Əliyev Ərdoğanın şərəfinə ziyafət verdi
Əliyevin Serbiya səfəri başa çatdı
İlham Əliyev rumıniyalı naziri qəbul etdi - YENİLƏNİB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 