Avqustun 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
ONN media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Prezident Aleksandar Vuçiç Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Serbiya Prezidenti bu müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini, dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu deyib.
Prezident İlham Əliyev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Serbiya Prezidentini təbrik etdi, müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluğunu bildirib. Dövlət başçısı Azərbaycanın və Serbiyanın ikitərəfli və çoxtərəfli əsaslarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğulayıb.
Telefon danışığı zamanı Azərbaycan ilə Serbiya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan ilə Serbiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub.



Vuçiç İlham Əliyevi Serbiyaya dəvət etdi
Prezident İlham Əliyevin adından Serbiya Prezidentinin şərəfinə rəsmi ziyafət verilib
Prezident İlham Əliyev Lukaşenkoya zəng etdi
Azərbaycan və Serbiya arasında sənədlər imzalandı
İlir Meta İlham Əliyevə zəng etdi
İlham Əliyev Serbiya Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB
Serbiya prezidenti Azərbaycana gəldi
Gürcüstanın Baş Naziri Prezident İlham Əliyevi təbrik etdi
İlham Əliyev Putinə zəng etdi
İlham Əliyev Vuçiçi təbrik edib
Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib
İlham Əliyev Kasım-Jomart Tokayevə zəng etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 