Rusiyanın şimal paytaxtında səfərdə olan Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovla görüşüb. Görüşdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov da iştirak edib. ONN media AZƏRTAC-a əsasən bildirir ki, tərəflər milli-mədəni muxtariyyətlərin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəni, həmçinin Sankt-Peterburqla Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər. Vyaçeslav Makarov Sankt-Peterburq Qanunvericilik Məclisinin rəsmi nümayəndə heyətinin 2017-ci ilin sentyabrında Bakıya səfəri zamanı ikitərəfli münasibətlərdə ciddi irəliləyiş olduğunu qeyd edib. “Biz Sankt-Peterburq ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi məqsədilə hüquqi bazanın təkmilləşdirilməsini davam etdirəcəyik. Biz elm, təhsil, şəhər təsərrüfatı, mədəniyyət və turizm sahələrində səmərəli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq”, - deyə Peterburq parlamentinin sədri bildirib. Görüşdə qarşılıqlı əməkdaşlığın siyasi, iqtisadi, nəqliyyat sahələrində perspektivləri, mədəni-humanitar əlaqələrin parlamentlərarası münasibətlərin möhkəmləndirilməsində rolu barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan-Sankt-Peterburq parlamentlərarası əlaqələrinin inkişafı məsələləri barədə fikir mübadiləsi aparılıb



Azərbaycan nümayəndə heyəti Sankt-Peterburqda
Sankt-Peterburqdan Bakıya yeni reys açılır
Azərbaycan Prezidentinin Rusiyaya səfəri başa çatıb
Həmyerlimiz Rusiyada deputat seçildi
İlham Əliyev Rusiyaya getdi
Rusiya-Azərbaycan biznes dialoqu keçiriləcək
İlham Əliyev Rusiyaya getdi
Milli Məclisin sədri Rusiyaya səfər edəcək
İlham Əliyev Rusiyaya getdi
İlham Əliyev Rusiyaya səfərə getdi
Sankt-Peterburq mağazasında partlayış törədən şəxs saxlanılıb
İlham Əliyev Rusiyaya getdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 