Mariinski sarayının qırmızı zalında Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenkonun Azərbaycanın mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Görüşdə həmçinin Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəsi Vladimir Zapevalov da iştirak ediblər.
Nikolay Bondarenko iki ölkənin parlamentlərarası əlaqələrinin uzun tarixə malik olduğunu qeyd edib. “Sankt -Peterburq çoxmillətli bir şəhərdir, hökumət və Qanunvericilik Məclisi qonşu ölkələrin mədəni irsinin qorunması üzrə çox iş aparır", - deyə Nikolay Bondarenko bildirib.
Sankt -Peterburqla Bakı arasında qurulan sıx mədəni əlaqələrə misal olaraq, Şəhər Parlamentinin sədr müavini Sankt-Peterburq Dövlət Universitetinin İslam Araşdırmaları Mərkəzi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumu göstərib. O, həmçinin respublikada rus dilinin və rus mədəniyyətinin qorunub saxlanması istiqamətində tədbirlərin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın nümayəndə heyəti dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Rusiyanın şimal paytaxtına səfər edib. 2002-ci ildə şəhər sakinlərinin təşəbbüsü ilə Kamennoostrovski prospektində şairin abidəsi ucaldılıb.
Görüşdə tərəflər birgə səmərəli işə görə bir-birinə təşəkkür edib, qarşılıqlı faydalı əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.



Azərbaycan-Sankt-Peterburq parlamentlərarası əlaqələrinin inkişafı məsələləri barədə fikir mübadiləsi aparılıb
Sankt-Peterburqdan Bakıya yeni reys açılır
İlham Əliyev Rusiyaya getdi
Azərbaycan Prezidentinin Rusiyaya səfəri başa çatıb
İlham Əliyev Rusiyaya getdi
Həmyerlimiz Rusiyada deputat seçildi
İlham Əliyev Rusiyaya getdi
İlham Əliyev Rusiyaya getdi
Sankt-Peterburq mağazasında partlayış törədən şəxs saxlanılıb
İlham Əliyev Rusiyaya səfərə getdi
Alimlərimiz Sankt-Peterburqda keçirilən beynəlxalq forumda iştirak ediblər
Sankt-Peterburq - Bakı reysi ləğv edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 