Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Vladimir Kuvşinovu qəbul edib.
ONN media xəbər verir ki, dövlətimizin başçısı sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi ilə bağlı tədbirin və Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibinin bu tədbirdə iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi.
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Vladimir Kuvşinov sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi ilə əlaqədar tədbirdə iştirakından məmnunluğunu ifadə edərək, eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə rəhbərlik etdiyi qurum arasında imzalanacaq informasiya mübadiləsi reqlamentinin əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Vladimir Kuvşinov bildirdi ki, Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəal üzvlərindən biridir və ölkəmiz bu təşkilatın strateji inkişafla bağlı fəaliyyətinə öz töhfəsini verir.
Söhbət zamanı Azərbaycanda mülki müdafiə sahəsində həyata keçirilən işlərdən danışıldı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.



FHN-nin yubiley medalı təsis edildi
İlham Əliyev türk dövlətlərinin nazirlərini qəbul etdi
İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
Şuşada Azərbaycan və Rusiya rəsmisi arasında görüş
Əli Əsədov sərəncam imzaladı
İlham Əliyev Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidentini qəbul edib
İlham Əliyev Marius Vizeri qəbul etdi
Azərbaycanda yeni medal təsis olundu
İlham Əliyev Binəli Yıldırımı qəbul edib
İlham Əliyev pakistanlı naziri qəbul edib - YENİLƏNİB
Prezident daha bir səfiri qəbul etdi
Əli Əsədov Rusiya FHN rəhbəri ilə görüşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 