ABŞ dövlət katibinin köməkçisinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə birinci müavini Elis Uells 27-29 iyun tarixlərində Bakıya səfər edəcək.
ONN media xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda bildirilir.
Qeyd olunur ki, Uells Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcək.
Məlumatda həmçinin bildirilir ki, iclasın kuluarlarında dövlət katibinin köməkçisinin müavini Uells Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək: "Uells onlara Əfqanıstan hökumətinə və NATO-nun Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasına dəstəklərinə görə təşəkkürünü bildirəcək".
Qeyd edək ki, Təmas Qrupunun toplantısı iyunun 28-də Bakıda keçiriləcək.
Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.
Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Əfqanıstanla birlikdə Almaniya Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.
Bakıda keçiriləcək toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi iştirak edəcək. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.
Azərbaycan Əfqanıstan ilə bağlı bir sıra beynəlxalq və regional formatlarda iştirak edir və bu ölkədə sülh, sabitlik və inkişafın təmin edilməsinə öz töhfəsini verir. 1 dekabr 2017-ci ildə Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində “Asiyanın ürəyi- İstanbul Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib.



Blinkenin köməkçisi Azərbaycana gəldi
Erika Olson Azərbaycana gəlir
Kolomina Bakıya gəlir
COP29-da iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək
3 ölkənin Baş prokuroru Bakıya gəlir
Bakıda Beynəlxalq Caz Günü keçiriləcək
ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür etdi
Prezident ABŞ Dövlət katibinin köməkçisinin müavinini qəbul etdi
ABŞ Dövlət Departamenti - Vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb
Sahibə Qafarova NATO nümayəndə heyəti ilə görüşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 