2012-ci ildən etibarən UNESCO-nun sülhməramlı səfiri, Hörbi Hənkok Caz İnstitutunun rektoru, dünya şöhrətli caz pianoçusu Hörbi Hənkokun təşəbbüsü altında UNESCO-nun təşkilatçılığı altında 30 aprel tarixində “Beynəlxalq Caz Günü” qeyd olunur.
ONN media Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, keçirildiyi ilk ildən etibarən Azərbaycan bu ümumdünya əhəmiyyətli caz hadisəsinə qoşulmuş və 2012-ci, 2015-ci illərdə bu beynəlxalq caz forumunda iştirak edib.
Ənənənin təşəbbüskarı olan H.Hənkok Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış pianoçu İsfar Sarabskini forumun ilk keçirilişinə rəsmi dəvət edərək, onu “H.Hənkokun dostları” Cəmiyyətinə daxil edib. 2015-ci ildə Parisdə baş tutmuş Beynəlxalq Caz Günündə ölkəmizi İsfar Sarabski, gənc pianoçu Etibar Əsədli, respublikanın əməkdar artisti Ruslan Hüseynov, Elvin Bəşirov və xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” folk-estrada qrupu təmsil edib.
2017-ci ildən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və bir sıra şirkətlər qrupunun təşkilatçılığı altında Bakı şəhərində Beynəlxalq Caz Günü qeyd olunur.
Bu il də beynəlxalq caz hadisəsinə qatılmaq məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı altında 29 aprel-02 may 2022-ci il tarixlərində paytaxtımızın Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Beynəlxalq Muğam Mərkəzi kimi konsert zallarında Beynəlxalq Caz Günü çərçivəsində Azərbaycan cazmenlərinin iştirakı ilə tədbirlər silsiləsi keçiriləcək.



Azərbaycan cazı Almaniyada
Ən yaxşı aktrisa o seçildi
16 aprel Ramiz Mirişlinin doğulduğu gündür
AzTV-də yeni QADAĞA
Bu gün Xalq artisti Həmidə Ömərovanın doğum günüdür
Xalq artisti xəstəxanaya yerləşdirildi: VƏZİYYƏTİ AĞIRDI
X Qlobal Forum nə vaxt keçiriləcək?
Xalq artisti Vaqif Əsədov vəfat etdi
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq yayıb
Azərbaycanın tanınmış əməkdar artisti vəfat etdi
Rusiyanın əməkdar artisti intihar etdi
Milli Məclisin deputatları Fransada - Səfərin MƏQSƏDİ?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 