Naxçıvan istiqamətində ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada nokauta salıb. Ermənistan mətbuatının “Günnüt əməliyyatı”nı növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir.
Bu barədə ONN media-nın sorğusuna cavab olaraq, bir qrup erməni media nümayəndəsinin guya heç bir şey olmamış kimi cəbhənin həmin istiqamətinə səfər etməsi barədə məlumatı şərh edərkən Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, Azərbaycan əsgərinin vurduğu tərs şillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır:
"Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə “press-tur”lar təşkil etməkdən başqa çıxış yolu qalmır. Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır”.
Qeyd edək ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli hədlər ələ keçirilib.



Azərbaycan MN: Ermənistan müdafiə nazirinin son çıxışları hiyləgər planın bir hissəsidir
Müdafiə Nazirliyindən Ermənistana CAVAB
Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur - MN
Erməni polkovnikin Naxçıvan yalanı - RƏSMİ AÇIQLAMA
Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - RƏSMİ
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib”
Müdafiə Nazirliyi: “Düşmən təxribatına qarşı müvafiq tədbirlər görüləcək”
Vətən müharibəsi xronikası- 11 oktyabr
Kəlbəcər istiqamətində SON VƏZİYYƏT - MN AÇIQLADI
Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində diversiya keçirib? - RƏSMİ MƏLUMAT
Dərgahlı: "Ermənistanın “vurduğu” Azərbaycan PUA-sı “kukuruznik” çıxdı”
Əsgərimiz həlak olub?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 