Prezident İlham Əliyev xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
ONN media xəbər verir ki, sərəncamla Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Qeyd edək ki, 2018-ci ilin noyabr ayında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, dramaturq, kinossenarist və publisist, ictimai xadim, dövlət mükafatı laureatı, xalq yazıçısı İmran Haşım oğlu Qasımovun anadan olmasının 100 illiyi tamam olur. İmran Qasımov yaradıcılıq axtarışları və bədii tapıntıları ilə Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfə vermiş sənətkarlardandır. O, çoxcəhətli ədəbi fəaliyyəti boyunca rəngarəng janrlarda qələmə aldığı və özünəməxsus dəst-xətti ilə seçilən əsərlərində müasirlərinin zəngin mənəviyyatını və əxlaqi keyfiyyətlərini geniş lövhələrlə dolğun əks etdirmişdir. İmran Qasımovun uğurlu səhnə təcəssümü tapmış pyesləri Azərbaycan dramaturgiyasının nailiyyətləri kimi dəyərlidir. Onun ssenariləri əsasında çəkilmiş filmlər yaddaqalan obrazları ilə diqqətəlayiq sənət nümunələri olub, kinosevərlər tərəfindən bu gün də rəğbətlə qarşılanmaqdadır.



İsmayıl Şıxlının 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Həsən Seyidbəylinin 100 illik yubileyi qeyd ediləcək
Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək - Sərəncam
İlham Əliyev sərəncam imzaladı
Tofiq Tağızadənin 100 illik yubileyi keçiriləcək
İlham Əliyev sərəncam imzaladı
Prezident Rauf Hacıyevlə bağlı SƏRƏNCAM İMZALADI
İlham Əliyevdən SƏRƏNCAM
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək
İlham Əliyev sərəncam İMZALADI
Prezident sərəncam imzaladı
Fikrət Əmirovun 100 illik yubileyi qeyd ediləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 