Prezident İlham Əliyev yanvarın 28-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət və Təhsil nazirliklərinin, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcəklər. Sərəncamda vurğulanır ki, 2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi tamam olur. İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.
İsmayıl Şıxlının 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM



Prezident İlham Əliyevdən İmran Qasımovla bağlı SƏRƏNCAM
Həsən Seyidbəylinin 100 illik yubileyi qeyd ediləcək
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək
Əhməd Cavadın 130 illiyi qeyd ediləcək
Prezident sərəncam imzaladı
Tofiq Tağızadənin 100 illik yubileyi keçiriləcək
Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək - Sərəncam
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam İMZALADI
26 iyul-İsmayıl Şıxlının vəfat etdiyi gündür
İlham Əliyev sərəncam imzaladı
Həsən Turabovun 80 illik yubileyi keçiriləcək
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 